{category-title}

Gündəm / Dünya
24.05.2022, 09:36
İrəvanda itaətsizlik aksiyaları davam edir - CANLI
Ermənistan paytaxtında Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müxalifətin təşkil etdiyi itaətsizlik aksiyaları yenidən başlayıb.
Pressxeber.info erməni KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar.
Xatırladaq ki, Ermənistanda mayın 2-dən etibarən "Müqavimət" hərəkətinin nümayəndələri Baş nazir istefası tələbi ilə itaətsizlik aksiyalarına başlayıblar.