{category-title}

Səhiyyə sistemindəki dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən fəaliyyətlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 may 2022-ci il tarixində Fərman imzalanıb.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin bu gün yaydığı birgə məlumatda qeyd edilib ki, Fərmana əsasən Səhiyyə Nazirliyinə səhiyyə sisteminin iştirakçılarını və aidiyyəti dövlət qurumlarını cəlb etməklə Səhiyyənin Transformasiyası Mərkəzi İşçi qrupunu yaratmaq tapşırılıb. Səhiyyənin Transformasiyası Mərkəzinin yekun hədəfi Azərbaycan vətəndaşının səhiyyə sistemindən məmnunluğunun artırılmasına yönəlib. Bu baxımdan, səhiyyə sisteminin əsas iştirakçılarının əlaqəli fəaliyyətini təmin etmək məqsədilə normativ hüquqi bazanın və idarəetmə modellərinin təkmilləşdirilərək tətbiqinə ehtiyac vardır. Mərkəz tərəfindən qarşısına qoyulan tapşırıqların icrası ilə bağlı mövcud vəziyyət, eləcə də beynəlxalq təcrübə təhlil olunaraq İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq.
Fərmanla elmi-tədqiqat müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdir. Elmi-tədqiqat institutları, elmi mərkəzlər təhsil prosesində klinik baza rolunu oynayır, rezidentlərin hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu müəssisələrin rolu əvəzsizdir.
Səhiyyə Nazirliyinin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğunlaşdırılması və səhiyyə sisteminin davamlı inkişafı əlavə insan resurslarına ehtiyac yaradıb. Səhiyyə sistemində fəaliyyət göstərən tibb işçiləri ilə ardıcıl işin aparılması, sistemin davamlı təkmilləşdirilməsi, fəaliyyətin günün tələblərinə uyğun qurulması üçün nazirliyin aparatının ştat vahidlərinin sayı 130-a çatdırılıb.
Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə fəaliyyət göstərir. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir.

Son xəbərlər

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

"Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir

Milli Məclisin deputatı İranda səfərdədir

Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Bütün xəbərlər