{category-title}

Gündəm / Dünya
15.04.2022, 10:51
NATO gəmiləri Baltik sularına daxil oldu
NATO-nun 1-ci daimi hərbi-dəniz qrupunun gəmiləri Baltik dənizinə daxil olub və müttəfiq qonşu ölkələrin təlimlərində iştirak edəcək.
Bu barədə Estoniyanın ERR nəşri məlumat yayıb.
“Bu qrup 5 gəmidən ibarətdir və ona Niderland Kral Hərbi Dəniz Donanmasının freqatı rəhbərlik edir. Gəmilərin bir hissəsi artıq Baltik sularına daxil olub, digərləri də Tallin limanına yan alacaq”, - məlumatda qeyd olunub.