{category-title}

"Hədəf qiymət artımlarını azaltmaqdır" - Deputat


Nazirlər Kabineti anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların dəstəklənməsi üçün yeni tədbirləri təsdiq edib. Yeni dəstək mexanizmləri güzəştli kredit mexanizminin genişləndirilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasını özündə ehtiva edir. 

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, Sahibkarlığın İnkişafı Fondu bu il minimum istehlak səbətinin tərkibinə daxil olan əsas ərzaq məhsullarının istehsalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli kreditlər təklif edəcək:

"Məqsəd əsas ərzaq məhsullarının istehsalını stimullaşdırmaq və eləcə də bu sahədə fəaliyyət göstərən iş adamlarının istehsal və satış imkanlarını dəstəkləməkdir. Aşağı faizli kreditlərin təklifi bazara daha optimal qiymətə məhsulların çıxarılması baxımından vacibdir. Kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı olan digər istiqamət sahibkarların 2022-ci ildəki kreditlərinin faizlərinin bir hissəsini kompensasiya etmək məqsədi daşıyır. Bu zaman 3 milyon manatadək olan kreditlərə 1 il müddətinə subsidiya verilir. Bu subsidiya 10 faiz bəndinədək veriləcək. Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək.  Burada da məqsəd maliyyə xərclərini azaltmaqla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınmasıdır".

V.Bayramov qeyd edib ki, hədəf qiymət artımlarının minimumlaşdırılması ilə yanaşı, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır:

"Dünya və regional bazarlarda müşahidə edilən qeyri-müəyyənlik fonunda bu addımların atılması ciddi əhəmiyyət daşıyır. Hələlik dünya bazarındakı qiymət artımlarının və qıtlığın nə zamanadək davam edəcəyi bəlli deyil. Bu baxımdan, preventiv addımlar ilə yanaşı sahibkarların daha yaxından dəstəklənməsi prioritetdir".

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər