{category-title}

Həyətlərdəki quyuların suyu da pullu olacaq?


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda “Sudan ödənişli istifadə Qaydaları”na edilən dəyişikliklərlə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.

Nazirin müşaviri Rasim Səttarzadə açıqlamasında deyib ki, qaydalar su ehtiyatlarından ödənişli istifadə sahəsində indiyədək ayrı-ayrı qanunvericilik aktlarında pərakəndə şəkildə tənzimlənən və dəqiq uçotun və qiymətləndirmənin aparılmasına imkan verməyən mexanizmləri vahid sənəddə birləşdirilməsinə yönəlib.

Onun sözlərinə görə, bu qaydalar su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb:

“Qaydaların təsdiq edilməsi ümumilikdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində aparılan islahatlara öz töhfəsini verəcək, israfçılığın qarşısı alınacaq. Torpaq sahələrinin sahibləri öz ehtiyaclarını ödəmək üçün təzyiqsiz su quyularının qazılmasını və istismarını ödənişsiz həyata keçirə bilərlər. Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki, əhalinin həyətyanı sahələrində istifadə etdiyi fərdi su quyularının mütləq əksəriyyəti bu kateqoriyaya aiddir, yəni ödənişdən azaddır”.

R.Səttarzadə qeyd edib ki, ümumi istifadədə olan su obyektlərindən çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə məqsədilə istifadə də ödənişsizdir:

“Tariflər suyun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq differensiallaşdırılır”.

O həmçinin əlavə edib ki, tariflər müəyyənləşdirilən zaman əhalinin həssas qrupları da nəzərə alınacaq:

“Sudan ödənişli istifadənin tətbiq olunması əhalinin sosial rifahına mənfi təsir göstərməyək, əksinə su ehtiyatlarından səmərəli və qənaətlə istifadə etməklə əhalinin suya olan tələbatının tam şəkildə qarşılanmasına nail olunacaq. Beləliklə, yeni qaydaların əsas məqsədi su istehlakçıları üçün maliyyə yükü yaratmaq deyil, məhdud su resurslarına malik olan Azərbaycanda sudan səmərəli istifadə məqsədilə suyun mənbədən götürülməsindən son istehlakçıyadək dəqiq uçotun və qiymətləndirmənin aparılmasını təmin etməkdən ibarətdir. Mingəçevir su anbarından başlayaraq Xəzərə dənizinə qədər Kür çayı üzrə sudan istifadəsinin tənzimlənməsi suya qənaət etməyə və ondan səmərəli istifadə etməyə və duzlaşma probleminin həllinə də kömək edəcək”.

Son xəbərlər

DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb, şahid qismində ifadə verməyə dəvət olunub

Zelenski: Aİ Ukraynaya 90 milyard avroluq kredit üzrə Macarıstanın vetosundan yan keçməyin yolunu tapacaq

Fuad Oktay: TRIPP bütün region, o cümlədən Gürcüstan üçün faydalı olacaq

Gürcüstanlı komitə sədri: Bu qeyri-insani davranışdır

Səhiyyə Nazirliyindən xəbərdarlıq: ödəniş tələbi qanunsuzdur

Buraxılış imtahanları keçiriləcək - DİM şagirdlərə çağırış etdi

Rusiyanın belini qıran mübaribənin 4-cü ili - TƏHLİL

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir

Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün Sərəncam imzalayıb

Ombudsman 2025-ci il üzrə məruzəsini Prezidentə təqdim edib

Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq

Hindistanda qəzaya uğrayan təyyarənin bütün heyəti ölüb

MM icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il uzadılmasını qəbul edib

Zelenski: Bu gün düz dörd ildir ki, Putin Kiyevi üç günə alır

Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb

Böhtanla deyil, əməli ilə tanınan icra başçısı

BMT nümayəndəliyi "Su çərşənbəsi" münasibətilə Azərbaycanı təbrik edib

Səbuhi Mirzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

BİZİM TƏQVİM: 24 fevralda baş vermiş tarixi hadisələr

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb

ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub

Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib

Bütün xəbərlər