{category-title}

Kadırov 14 yaşlı oğlu ilə Ukraynada yaralı rus generalını ziyarət etdi - FOTO
Rusiyanın Ukraynanı işğalı davam edərkən Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramazan Kadırov 14 yaşlı oğlu ilə birlikdə Mariupola gedib. 
PressXeber.info xarici KİV-ə istinadən xəbər verir ki, Kadırovun 12 övladından biri olan 14 yaşlı oğlu Ukraynada atası ilə görüntülənib. Belə  ki, Çeçenistan lideri və oğlu burada yüksək rütbəli rus generallarına baş çəkiblər.
Kadırovun yayımladığı təbliğat videosunda o, 14 yaşlı oğlu ilə hərbi libas geyinərək, Rusiyanın ən məşhur siyasi qətllərindən birinin baş şübhəlisi olan Ruslan Geremeyevin yanına getmək üçün xəstəxanaya gedir. Putinin ən böyük tənqidçilərindən biri olan Boris Nemtsovun qətlinin arxasında dayandığı hesab edilən Geremeyev Mariupoldakı çeçen qüvvələrinə də rəhbərlik edirmiş. 
43 yaşlı Geremeyev Rusiya ordusunun Şimal batalyonunda mayor kimi xidmət edir. Çeçenistan lideri Ramazan Kadırov "Telegram" kanalındakı yayımında Geremeyev və onun qoşunlarının Mariupolun əsas hissələrini ələ keçirdiyini iddia edib. Daha sonra inzibati binalardan birində çeçen bayrağı qaldırılıb və görüntülər təbliğat vasitəsi kimi dərc edilib.
Böyük rus adları üçün önəmli şəxs olan Geremeyevin necə yaralandığı və niyə xəstəxanada olması barədə dəqiq məlumat yoxdur. Bununla belə, milli çeçen kanalları Geremeyevin Ukraynadakı müharibədə yaralandığını açıqlayıb. 
Kadırov üçün Geremeyev ən çətin işi görən şəxs olub. O, "təcrübəli və qorxmaz komandir" kimi adını doğruldub.
Bununla yanaşı görüntülərdə Kadırovun 14 yaşlı oğlunu Rusiya ordusu generalı ilə tanış etdiyi və “Budur mənim Adamım” dediyi görülüb. General cavabında isə "Salam, yaxşı!" ,  ifadəsini  işlədib.  
Bildirək ki, Kadırovun oğlu Adem daha əvvəl bahalı saat kolleksiyası ilə gündəmə gəlmişdi. Kolleksiyada 263 min funt sterlinq (təxminən 582 min AZN) dəyərində "Richard Mille" saatının olduğu da bildirilib.
Mariupolda Kadırovun oğlu Adamdan başqa ailə üzvlərinin də olduğu qeyd olunub. 
Ukraynanın paytaxtı Kiyevi ələ keçirməyə cəhd etməzdən əvvəl Mariupolu tamamilə ələ keçirəcəyinə söz verən Kadırov, “Biz Ali Baş Komandanımız, Rusiya Prezidenti Vladimir Putinin əmrini şərəflə yerinə yetirəcəyik” , - deyib. 
Kadırov 14 yaşlı oğlu ilə Ukraynada yaralı rus generalını ziyarət etdi - FOTO

Son xəbərlər

Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb

Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb

Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib

DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Mikayıl Cabbarov:" Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq"

Azərbaycan nefti ucuzlaşıb

BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Bütün xəbərlər