{category-title}

Ona etibar edilən bütün postlarda Mərdan Camalov özünü doğruldub - ÖZƏL

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır. Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Mərdan Camalov , bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb

Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Mərdan Camalov millətimizin yətişdirdiyi bir ziyalıdır. Mərdan müəllim sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Mərdan Camalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mərdan Camalovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov bütün bölgədə belə xarakterizə olunur

… Mərdan Camalov , bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Mərdan Camalov yeganə idarə rəisidir ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab rəis” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

… Mərdan Camalov ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…

Zərdab Rayon İcra Hakimiyyətində böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar.

Zərdab Rayon İcra Hakimiyyətinin qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Mərdan müəllimin zəhməti sayəsində başa gəlib.

Bizdə bu çətin və şərəfli Mərdan  müəllim və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq


Son xəbərlər

Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq

May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Azərbaycana qar yağır - FOTOlar

Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın

Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir

Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH

Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Tarixi ədalətə üz çevirib, özləri tarix olan MİNSK QRUPU – TƏHLİL

Gürcüstan baş naziri Türkiyədə SƏFƏRDƏDİR

“Qalatasaray” – “Fənərbağça” görüşünü bu hakim idarə edəcək

Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

Bütün xəbərlər