{category-title}
Gündəm / Dünya
17.03.2022, 12:23
Rusiyalı jurnalist Makronun bu təklifini rədd etdi
Rusiya telekanalında axşam xəbərlər bülleteni zamanı Rusiya-Ukrayna müharibəsinə etiraz edən Marina Ovsyannikova Fransa prezidenti Emmanuel Makronun sığınacaq təklifini rədd edib.
Ovsyannikova Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində ölkəsini tərk etmək istəmədiyini bildirib.
Jurnalist, Makronun Fransaya sığınacaq təklifi, “Mən vətənpərvərəm, oğlum daha da vətənpərvərdir. Heç bir halda biz başqa yerə getmək istəmirik”, - deyə ifadə edib.