{category-title}

 

 

Qəhramamüəllim
İş adamı 

 

İlham Əliyevin Ermənistana növbəti zərbəsi daha sərt və amansız olacaq
 
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayaraq Azərbaycan qarşısında diz çökən Ermənistan düşdüyü acınacaqlı durumdan qurtulmaq əvəzinə pisniyyətli xislətindən əl çəkmir. Reallıqlar göstərir ki, biabırçı məğlubiyyəti ilə daxildəki sosial-iqtisadi böhranı daha da dərinləşən, mənəvi-psixoloji durumu sürətlə gərginləşən işğalçı ölkə sülh müqaviləsinin imzalanma prosesini müxtəlif bəhanələrlə uzatmağa çalışır.
  
Hazırda Ermənistan sonu görünməyən tənəzzül dövrünü yaşayır. İqtisadiyyatı tamamilə çökmüş işğalçı ölkənin hökuməti əhalinin sosial vəziyyətini düzəltmək və sosial müdafiə layihələrini həyata keçirmək iqtidarında deyil. Bu azmış kimi, son həftələrdə atəşkəsi pozmaqda davam edirlər. Son bir həftədə demək olar ki, hər gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ərzilərimizi atəşə tuturlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, revanşistlər çirkin əməllərindən əl çəkmirlər. Ötən həftə təkcə Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub. Bundan başqa, düşmən Naxçıvan, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqelərimizə müxtəlif çaplı silahlardan fasilələrlə atəş açıb. Ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüblər.
Hələ bu azmış kimi, Ermənistan tərəfi uydurma məlumatlar yayaraq atəşkəsin Azərbaycan Ordusu tərəfindən pozulduğunu bildirir.
Axı atəşkəsin pozulması Azərbaycanın nəyinə lazımdır. 44 gün müddətində düşmənin belini qıraraq işğal altındakı torpaqlarını geri qaytaran Azərbaycan Ordusu indi öz ərazilərimizdə möhkəmləndirmə işləri aparır. Dövlətimiz 10 noyabr Bəyanatının müddəalarına uyğun olaraq üzərinə düşən öhdəliyin icrası ilə məşğuldur. Hərçənd ki, Ermənistan bu məsələdə də əyri yollara əl atıb vaxt uzatmağa çalışır, öhdəliyindən boyun qaçırır. Amma Azərbaycan ortaya qoyduğu əməllərlə bir daha sadiqliyini, verdiyi sözü tutduğunu birbaşa nümayiş etdirir. Ermənistan rəhbərliyi isə bir tərəfdən, sərhədlərin müəyyənləşməsini və təsdiq olunmasını istəmir, digər tərəfdən də Zəngəzur dəhlizinin reallaşması prosesində üzərinə düşən vəzifəni yerinə yetirmir.
Amma Ermənistan yaxşı anlayır ki, bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkədir. Azərbaycan Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.
Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən ordu kimi formalaşıb. İkinci Qarabağ müharibəsindəki böyük Zəfərdən sonra isə ordunun daha  da modernləşməsi istiqamətində real addımlar atılıb. Əgər Azərbaycan istəsə, öz torpaqlarında antiterror əməliyyatları həyata keçirə də bilər. Buna haqqı da çatır. Yəni “dəmir yumruq” hər an işə düşə bilər. 
 
Lakin mövcud reallıq və proseslərin gedişindən belə nəticəyə gələ bilərik ki, Ermənistan kimi təcavüzkar, işğalçı, terrorçu, vəhşi və barbar bir ölkə ilə qonşu olduğu müddətdə Azərbaycan hər cür təxribata hazır olmalıdır.
Düşməni əsrlər boyu tanımışıq. Erməni faşistləri 30 il ərzində Qarabağdakı bütün mədəni-dini abidələrimizi məhv edib, onların izlərini silməyə çalışıblar. Bu azmş kimi, Avropa Parlamenti Azərbaycanın əleyhinə qərəzli, iftira dolu qətnamə qəbul edərək, guya, ölkəmiz Qarabağda ermənilərə məxsus mədəni irs məhv edibmiş. Dünya erməni barbarlığına 2 ildir ki, şahidlik edir, amma AP əksinə, belə bir sənəd hazırlayır. 
Bütün bunlar erməni hiyləgərliyinin, erməni xislətinin növbəti təzahürüdür. Məğlub olub diz çökən ölkəyə Azərbaycan Prezidenti qurtuluş yolunu göstərir, qlobal layihələrə qoşulmaq təklifi irəli sürür, lakin Ermənistan öz çirkin niyyətindən əl çəkmir. Guya, bu ölkə sülh müqaviləsi, sərhədlərin müəyyənləşdirilməsi prosesini qəsdən uzadıb vaxt udmağa çalışır. Amma hadisələr, proseslər göstərir ki, Ermənistan etdiyi bu əməllərlə ancaq özünə ziyan vurur. Revanşist qüvvələrin Qarabağda atəşkəsi pozması Azərbaycan əsgərini zərrə qədər də qorxutmur, əksinə yenə də “dəmir yumruq” əməliyyatının keçirilməsi üçün əmr gözləyir.
Prezident İlham Əliyev onlara xəbərdarlığını edib: “Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, “dəmir yumruq” yerindədir. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.
Qalib Sərkərdəmiz bir daha onların diqqətinə çatdırdı ki, “dəmir yumruğ”un növbəti zərbəsi daha sərt və amansız olacaq. Məğlub Ermənistan bundan sonra nə qədər pulsuz silah-sursatla təmin edilsə də, arsenalını güclü texnika ilə zənginləşdirsə də, erməni əsgəri yüksək döyüş ruhlu Azərbaycan əsgərinin qarşısına çıxmağa cürət etməyəcək.
Sonda onu da vurğulayaq ki, ötən həftə Azərbaycanın İranla imzaladığı Anlaşma Memorandumu da Ermənistanın bu prosesdə növbəti məğlubiyyəti oldu. Zəngəzur dəhlizinin açılması istiqamətində üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün Azərbaycan Avropaya neft-qaz ixracında daha yeni alternativ və daha məqsədəuyğun layihə reallaşdırmaq barədə İranla razılığa gəldi. Bununla da Ermənistan daha bir layihədən kənarda qaldı. Əgər çirkin oyunlara davam edəcəksə, bundan sonra işğalçı ölkə regionda reallaşacaq bütün qlobal layihələrdə iştirakdan məhrum ediləcək.  

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər