{category-title}

Ukraynada dörd azərbaycanlının öldürülməsinin təfərrüatı: “Gözümün qabağında vurdular” - VİDEO

Ukraynada öldürülən dörd azərbaycanlının cəsədi həmin ərazidəki morqa yerləşdirilib.

Əslən Kəlbəcərdən olan qohumların nəşləri yaxın günlərdə Azərbaycana gətiriləcək.  

Xezerxeber.az-ın məlumatına görə, onlar Rusiyanın hərbi müdaxiləsi ilə Ukraynada başlayan müharibənin od-alovundan qurtulmaq üçün ölkədən çıxmaq istəyiblər, ancaq ölüm onları Moldova sərhədində yaxalayıb.

Uzun müddətdir ki, Ukraynada yaşayan Kəlbəcər rayonunun Təkəqaya kəndinin sakinləri - 46 yaşlı Nemət İsmayılov və 56 yaşlı Rəhim İsmayılov qardaşları, eləcə də Rəhim İsmayılovun 27 yaşlı oğlu Qabil İsmayılov və bacısının oğlu 25 yaşlı Camal Salmanov fevralın 27-də Ukraynadan Moldovaya keçərkən Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən atəşə tutulublar. Həmin vaxt orada olan bacıları Yaxşı Məmmədova deyir ki, sərhədi keçməyə çalışan insanlara kimin və niyə atəş açdığını hələ də başa düşə bilmir:

“Onda elə başa düşdüm ki, dünya dağıldı. Düşündüm ki, göydən nəsə gəldi. Hamı bir anlıq başını tutdu. Başımı qaldıranda gördüm ki, heç biri yoxdur. Hamısı yan-yana düzülmüşdü. Həmin meyitləri özüm götürdüm. Hamısını gözümün qabağında vurdular”.

Vurulanlardan 3-ü yerindəcə, biri isə sonradan xəstəxanada dünyasını dəyişib. Yaxşı Məmmədova sağ qalan digər qohumu ilə Moldovadan keçərək Azərbaycana gəlib. Onun həyat yoldaşı isə meyitləri gətirmək üçün hazırda orada gözləyir.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər