{category-title}

Elmira Axundova haradadır?

Son günlər Ukraynada yaşayan azərbaycanlıların təxliyə prosesi daha da sürətlənib.

Xarici İşlər Nazirliyi (XİN), Diaspora Komitəsi və Ukraynada yaşayan diaspora təşkilatları aktiv şəkildə Azərbaycan vətəndaşlarının qonşu ölkələrə - Polşa, Macarıstan, Slovakiya, Moldovaya keçməsinə, oradan isə ölkəyə gətirilməsinə çalışırlar. XİN-in yaydığı ən son məlumata görə, 4000-dən çox azərbaycanlı artıq təxliyə edilib. 

Nə qədər qəribə səslənsə də, Ukraynadan təxliyə prosesində ön plana, bu ölkədəki səfirliyimiz yox, Azərbaycanın Moldava və Rumıniyadakı diplomatik nümayəndəlikləri daha fəal görünür.  Bütün bu aktivlik fonunda, Azərbaycanın Ukraynadakı səfirliyinin, xüsusi ilə xanım səfir Elmira Axundovanın qəribə səssizliyi, ictimaiyyət önündə olmaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İddia olunur ki, xanım səfir Ukraynada vəziyyətin gərginləşməsindən qısa müddət sonra bu ölkəni tərk edib. Ukraynadakı səfirimiz sonuncu dəfə ictimaiyyət önündə fevralın 24-ü görünüb. Belə ki, həmin vaxt səfir İctimai televiziyanın canlı efirində ölkədəki vəziyyəti şərh edib. Fevralın 26-da isə Elmira Axundovanın açıqlaması yerli mediada yayımlanıb. 

“Qafqazinfo” olaraq səfir Elmira Axundova və Ukraynadakı səfirliyimizlə əlaqə saxlamağa cəhd etsək də, səylərimiz nəticə vermədi.  

Xarici İşlər Nazirliyindən isə bildirildi ki, Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini davam etdirir. XİN Elmira Axundovanın Kiyevdə olub-olmaması məsələsini şərh etməyib.  

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər