{category-title}

"Ayrı-ayrılıqda kim Ukraynaya, kimsə də Rusiyaya dəstək verən bəyanatlar verib" - Partiya sədri

Rusiyanın Ukraynaya hücumunun 8-ci günüdür. Azərbaycan cəmiyyətinin buna sərt təpkisi günbəgün artmaqdadır.

Ölkə müxalifət isə bu istiqamətdə fəaliyyətsiz görünür. Doğrudur, bir sıra partiyalar öz etiraz bəyanatlarını qəbul ediblər. Lakin bundan o tərəfə gördükləri ciddi bir iş gözə çarpmır.

Bir neçə gün öncə Ukrayna səfirliyi önündə bu ölkəyə dəstək aksiyası keçirildi, kifayət qədər kütləvilik müşahidə olundu. Amma bu aksiya ictimaiyyətin ümumi aksiyası kimi yadda qaldı.

Müxalifət niyə toplanmır, iclas keçirmir, bəyanat verib, Ukraynanı, məsələn, yaxud tutaq ki, Rusiyanı müdafiə etmir? Rusiya səfirliyi önündə etiraz aksiyası da keçirmirlər? Ümumiyyətlə, son 1 həftədə müxalifət partiyaları nə ediblər?

ALDP rəhbəri Fuad Əliyev suala sualla cavab verdi: “Müxalifət niyə toplanmalıdır? Ayrı-ayrılıqda kim Ukraynaya, kimsə də Rusiyaya dəstək verən bəyanatlar verib. Bundan qabaq Qazaxıstanda baş verən hadisələr az qala öz problemlərimizi yaddan çıxartmışdı. İndi də Ukrayna-Rusiya münaqişəsi. Səhər açılan kimi ancaq bu mövzudan xəbərlər verilir. Məgər bizim başqa problemlərimiz yoxdur? Bəyəm hər gün qiymətlər qalxmır? Korrupsiya, rüşvət yoxdurmu? On minlərlə işsiz vətəndaş işmi tapıb? Şəhid ailələrinin, qazilərin problemləri həll olunub? Dövlət başçısı İlham Əliyev Göyçay rayon icra başçısını vəzifəsindən azad etdi. Müxalifət buna bir reaksiya verdimi? Bundan qabaq məmurlar işdən çıxarılanda, həbs ediləndə müxalifət dərhal reaksiya verirdi. “Müxalifət partiyaları 1 həftə ərzində nə ediblər” sualına gəlincə, partiyamızın fəaliyyəti ilə bağlı deyə bilərəm ki, biz iki istiqamətdə fəaliyyətimizi fokuslaşdırmışıq. Birinci, müraciət edən vətəndaşların problemlərinin həlli ilə bağlıdır. İkinci isə bizdə qurultaya hazırlıqdır. Digər məsələlərə də öz mövqeyimizi bildirmişik”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev müxalifət olaraq mövqe ifadə olunduğunu qeyd etdi: “Rusiya insanlığı, beynəlxalq hüququ ayaqlar altına salaraq, tapdayaraq müstəqil bir dövlət olan Ukraynaya hərbi təcavüzdə bulunub.

Biz müharibənin başlanmasından dərhal sonra Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətini, hərbi təcavüzünü qətiyyətlə pisləmiş, Putin başda olmaqla, Rusiya rəhbərlərini müharibə cinayətlərində ittiham etmişik və bu mövqeyimizi ardıcıl olaraq mediada işıqlandırmaqdayıq. Biz bütövlükdə müxalifət adından danışmaq səlahiyyətində deyilik, amma ümumilikdə Azərbaycanda müxalifətin Rusiyanın işğalçılıq siyasətini, hərbi təcavüzünü, müstəqil bir ölkəyə və xalqa qarşı vəhşiliyini pislədiyini görürük".

AĞ Partiya başqanının təşkilatı məsələlər üzrə müavini Rüfət Hacıbəyli bütün imkanları ilə Ukraynaya dəstək verdiklərini söylədi: “Biz AĞ Partiya olaraq əsasən təşkilatı işlərlə məşğuluq. Bakı şəhər təşkilatlarının, şəhər və rayon təşkilatlarımızın hər həftə Tural Abbaslı ilə görüşünü təşkil edirik.

Hər zaman Rusiyanın və onun Azərbaycandakı “beşinci kolon”unun qarşısında olmuşuq. Rusiya-Ukrayna savaşında Ukrayna dövlətinin və məzlum Ukrayna xalqının yanında olduğumuzu həm rəsmi bəyanatımızla, həm də əməlimizlə bildirmişik. İnformasiya resurslarımızla bütün sosial şəbəkələrdə Azərbaycan cəmiyyətinə Ukraynada baş verən hadisələri, Ukrayna xalqının haqq səsini çatdırmışıq və çatdırmaqda davam edirik. Gücümüz, imkanımız buna çatır. Müasir dünyada ən önəmli mübarizə üsullarından biri də həmçinin informasiya müharibəsidir.

Qaldı ki, digər siyasi partiyalara, özlərini müxalifət adlandıran həmin təşkilatlar son bir həftəyə yaxındır ki, ancaq AĞ Partiyaya qarşı sosial şəbəkələrdə qeybət və təhrif olunmuş informasiyalar yaymaqla məşğuldurlar. Onların məşğuliyyəti bundan ibarətdir. Partiyamıza olan xalq rəğbətini kiçik beyinləri ilə qəbul edə bilmirlər.

Rusiya səfirliyinin qarşısındakı etiraz aksiyası məsələsinə gəldikdə isə 2008- ci ildə Rusiya Gürcüstanı işğal edəndə başqanımız Tural Abbaslı askiyanı təşkil etmiş və həbs olunmuşdu. Rusiya Krımı ilhaq edəndə isə Tural bəyin göstərişi və mənim təşkilatçılığımla Rusiya səfirliyinin qarşısında etiraz aksiyası təşkil olunmuş və səfirliyə etiraz bəyanatı verilmişdi.

Belə aksiyaları bir dəfə də gecə-gündüz özlərini dırnaqarası Ukrayna aşiqi elan edən Qərb aşiqləri olan partiyalar etsin".

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov aksiyaların keçirilməməsinin səbəblərini açıqladı: “AMİP həm Donetsk və Luqanskin tanınması zamanı, eləcə də ondan sonra Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar bəyanatlarla çıxış edib. Eyni zamanda üzvü olduğu beynəlxalq təşkilata da bu təcavüzla bağlı müraciətimiz oldu. Bundan başqa, əməkdaşlıq etdiyimiz siyasi partiyalarla, konkret olaraq Pənah bəyin rəhbərlik etdiyi Xalq Partiyası və Tural bəyin rəhbəri olduğu AĞ Partiya ilə elə hadisələrin ilk günündə görüş keçirilib, müvafiq məsləhətləşmələr aparılıb, Ukraynanı dəstəkləyən mövqe ifadə olunub. Bundan başqa, partiya üzvlərinin mütəşəkkil şəkildə Ukrayna səfirliyinin önündə keçirilən Ukraynaya dəstək aksiyasında iştirakı təmin olunub. Eyni zamanda Bakı və rayon təşkilatlarımıza Ukraynaya humanitar dəstək aksiyasında fəal şəkildə iştirakla bağlı çağırış edilib. Bir partiya olaraq imkanlar daxilində nələr etmək mümkündürsə edilib. O ki qaldı səfirliklərin önündə aksiyaların keçirilməsinə, bununla bağlı hələ ki bir qərarımız yoxdur. Bununla bağlı məsləhətləşmələr də aparılmayıb. Bilirsiniz ki, pandemiya qaydalarına görə 5-6 nəfərdən artıq toplanışa icazə verilmir. Qərarsızlıq da daha çox bununla əlaqədardır. Ukrayna səfirliyinin qarşısında keçirilən aksiya tamam fərqli məsələdir. Heç bir təşkilatın təşkilatçılığı olmadan insanlarımızın o formada keçirdikləri aksiyanın dağıdılması da mümkün deyil. Bu düzgün də olmazdı. Bilirsiniz ki, piket və etiraz aksiyalarının keçirilməsi üçün əvvəlcədən müraciət olunmalıdır. Pandemiya səbəbindən yer verilmir. Bunun üçün də konkret olaraq o məsələ gündəmdə deyil”.
“Yeni Müsavat”

Son xəbərlər

Ali Məhkəmənin hakimi intihar etdi

Prezident onları təltif etdi - Siyahı

İlham Əliyev iki nazirə yeni vəzifə verdi

Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...

Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər

Bəzi sayt rəhbərləri Haci Məhərrəm Novruzov haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin

FIFA prezidenti “Qarabağ”ı təbrik etdi

“Azeri Light”ın qiyməti 90 dolları ötdü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Bütün xəbərlər