{category-title}

Ukraynalılar azərbaycanlı alimin kəşfini istifadə edir

Bir neçə gündür davam edən Rusiya-Ukrayna müharibəsində "Molotov kokteyli" adlı partlayıcı vasitələr diqqət çəkib. Belə ki, bu günlərdə sosial şəbəkədə yayılan görüntülərdə Kiyev yaxınlığındakı gecə döyüşlərində bir neçə Rusiya hərbi texnikasının məhv edilməsində bu partlayıcından istifadə olunub. Həmin görüntülərdə Rusiya tanklarının üzərinə onlarla “Molotov kokteyli”nin atıldığı və tankların alışdığı müşahidə olunur.

"Unikal"ın məlumatına görə, şüşə butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlı partlayıcı vasitə adını rus siyasətçi və diplomat Vyaçeslav Molotovdan alsa da, onun kəşfi azərbaycanlı alimin əməyinin nəticəsidir.

"Molotov kokteyli"nin içərisinə tökülən qarşışıq toluol maddəsini azərbaycanlı alim kəşf edib. Söhbət dünya şöhrətli alim, kimya elmləri doktoru, mərhum akademik Yusif Məmmədəliyevdən gedir.

İkinci Dünya müharibəsi zamanı Yusif Məmmədəliyevin fəaliyyəti çoxşaxəli idi. Belə ki, o, təkcə yüksək oktanlı benzin deyil, həmçinin düşməni sıradan çıxarmaq üçün bəzi partlayıcı maddələr də ixtira edib ki, bu ixtiralar da müharibədə SSRİ qoşunları üçün çox gərəkli olub.
Ötən əsrin ortalarında Yusif Məmmədəliyevin ilk sırada olduğu kimyaçı alimlərin əzmkar əməyi sayəsində yüksək oktanlı təhlükəsiz yanacaqların bütün növlərinin sintezi üzrə yarımsənaye və onların aviamotorlarda sınaqdan çıxarılması üzrə eksperimentlər aparılıb. Bunun nəticəsində sovet təyyarəçiləri 1941-1945-ci illərdə davam edən Böyük Vətən müharibəsi cəbhələrində uğurla döyüşürdülər.

Faşist ordusu üzərində Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın - "Molotov kokteyli"nin yaradılmasının da böyük əhəmiyyəti oldu. Onun tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın əldə edilməsi əsasında işlənib-hazırlanmışdı. O zaman, müharibə vaxtı və elə indi də az adam bilir ki, sonralar  “Molotov kokteyli” kimi məşhurlaşacaq qarışığın müəllifi Azərbaycan alimidir.

Bu partlayıcı-yandırıcı qarışığa “Molotov kokteyli" adını isə İngiltərə baş naziri Uinston Çörçill verib. Belə ki, 1941-ci ildə keçirilən görüşdə bu kəşf barədə SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Çörçillə məlumat verib. Bildirib ki, partlayıcı-yandırıcı vasitə əl bombası kimi yaxşı silah növüdür.  Elə həmin görüşdəcə Çörçill SSRİ xarici işlər nazirinə deyib ki, “bu partlayıcı vasitənin adını sənin şərəfinə "Molotov kokteyli" qoyuram".

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər