{category-title}

Buraxılış imtahanları bu tarixlərdə keçiriləcək

Məlum olduğu kimi, martın 5-də Bakı şəhərinin Qaradağ, Xəzər, Yasamal, Nərimanov rayonlarında, həmçinin Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar rayonlarında, martın 6-da isə Bakı şəhərinin Nizami, Suraxanı, Binəqədi rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən  bildirilib ki, martın 5-də tədrisi gürcü, 6-da isə ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeyd edilib ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər

Son xəbərlər

İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb

Gəncədə hamamda qaz partlayıb, qadın yanıb

Bakıdan Təl-Əviv və Tehrana uçuşlar DAYANDIRILDI

Ərdoğan və Pezeşkian telefonla danışıb, Türkiyənin vasitəçiliyi müzakirə olunub

Pezeşkian: İran nüvə silahının hazırlanmasına qarşıdır

Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər

Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar açıqlanıb

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verib, təchizat 4 günlük kəsiləcək

KİV: İran Təl-Əviv və Hayfaya hipersəs raketləri ilə zərbələr endirib

Pezeşkian: İran xalqı İsrailə qarşı müharibə başlatmayıb və bunu istəməyib

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Azərbaycanda Milli Qurtuluş Günüdür

İsrail müdafiə naziri: Tehran "yanacaq"

Maliyyə Nazirliyində yeni təyinat olub

Netanyahunun ofisi: İsrail İrandakı əməliyyatını genişləndirir

İsrail İranın Mehrabad hava limanında qırıcı təyyarə anqarına zərbə endirib

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları

Ötən gün dələduzluqla bağlı axtarışda olan 13 nəfər tutulub

Şirvanda 10 nömrəli məktəbdə “Son zəng” və unudulmaz görüş: 50 il əvvəlki məzunlar məktəblərinə qayıtdı

İran XİN: ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb

Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq

Baş katib: "OPEС Yaxın Şərqdəki gərginliklə əlaqədar neft bazarında əlavə tədbirlərə ehtiyac görmür"

İran Natanz nüvə kompleksində radiasiya sızıntısı barədə məlumat yayıb

Üç şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib

Bütün xəbərlər