{category-title}

Ramiz Mehdiyevin hazırda vəzifədə olan qohumlarının SİYAHISI – Kimlər hansı vəzifədədir?

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən istefa verdikdən sonra belə bu yöndəki müzakirələr səngiməyib. Xatırladaq ki, sabiq AMEA prezidenti qurumun Rəyasət Heyətinin iclasında istefasının son günlər Akademiya və şəxsən onun özü haqda yayılan məlumatların heç bir təsiri olmadığını, postunu yaşı ilə əlaqədar tərk etdiyini bildirib.
 
Maraq doğuran məqam isə həm də odur ki, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk edən Ramiz Mehdiyev hələ də digər müxtəlif vəzifələr tutur.
 
Sfera.az xatırladır ki, Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə "Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra "Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib. Onun digər postlarından biri isə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası ilə bağlıdır. O, sözügedən qurumun rəhbəri vəzifəsini icra edir.
 
Eyni zamanda Ramiz Mehdiyevə bağlı olan xeyli sayda məmurlar da iş başındadır. Bundan başqa, onun vəzifə sahibi olan qohumlarının da sayı az deyil.
 
Kimdir onlar? 
 
Bu siyahıda ilk ağla gələn şəxs sabiq AMEA rəhbərinin oğlu Teymur Mehdiyevdir. Belə ki, o, 5 may 2014-cü il tarixindən Fövqəladə Hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi daşıyır.

İndi isə cənab Mehdiyevin digər vəzifəli qohumları ilə tanış olaq:

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışıb. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, Ramiz Mehdiyevin qardaşı oğludur.

Mehdiyev Nəriman Hüseynqulu oğlu – Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və R.Mehdiyevin qardaşı oğludur.

Mehdiyev Mərdan Hüseynqulu oğlu – Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri.

Mehdiyev Elvin Xanlar oğlu – Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis.

Mehdiyev Zahid Arif oğlu – Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri.
 
Həmçinin son məlumatlara görə, Ramiz Mehdiyev AMEA-da olduğu müddətdə kürəkəninin qardaşına da vəzifə vermişdi. O, ötən il kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin etmişdi.
 
Mehdiyevin kürəkəninin xalası oğlu Seymur Qurban oğlu Mərdəliyev isə prezidentin 26 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib.
 
Ramiz Mehdiyevin yaxın qohumu-baldızı oğlu, polis polkovniki Levan Qurskayanın Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilməsi haqda məlumat yayılsa da, hazırda işinin başında olduğu deyilir.

Eyni zamanda Ramiz Mehdiyevin hüquq-mühafizə orqanlarına yerləşdirdiyi və sayı bilinməyən qohumları da az  olmadığı haqqında məlumatlar var.
 
Sfera.az


Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər