{category-title}
Gündəm / Kriminal
15.02.2022, 12:24
"Qəza pilotların səhlənkarlığından baş verib" - Baş Prokurorluq
“Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzya uğraması ilə bağlı hazırda istintaq davam etdirilir”.
Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
O deyib ki, qəza pilotların səhlənkarlığı ucbatından baş verib.
“Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularıının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib”, - o vurğulayıb.