{category-title}

 

Faiq Quliyev 

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı

 

Azərbaycanın 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri aparılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Qarabağda məcburi köçkün ailələrinin doğma ata-baba yurdlarına qayıda­raq, bundan sonra xoşbəxt və firavan həyat sürmələri üçün la­zımi təhlükəsizlik tədbirləri ilə yanaşı, iri infrasturktur layihələri uğurla icra olunur. Bu mühüm prosesdə bir çox kollektivlər, alim və mütəxəssislər, sadə peşə adamları böyük həvəslə iştirak edirlər.

Qarabağda hazırda görülən bərpa işlərinin həcmi və vüsəti, insanların bu bənzərsiz diyarı yenidən dirçəltmək və onu dünyanın ən gözəl məkanlarından birinə çevirmək arzusu o qədər böyükdür ki, bunları müşahidə edən hər kəsdə dərin məmnunluq hissi yaranır.

– Qarabağ hər bir azərbaycanlı üçün olduq­ca doğma və məhrəm bir diyardır. Onun 30 ilə yaxın düşmən əsarətində qalması hər birimizin ürəyini sızladırdı. Ürək dolusu sevinə bilmir­dik. Ən xoş anlarımızda belə gözümüzün biri gülürdüsə, o biri ağlayırdı.

İndi, Allaha min şükürlər olsun ki, Xan qızı Natəvanın, dahi Üzeyir bəyin, böyük xanəndəmiz Bülbülün yurdu, xalqımızın mənəviyyat tacı olan Qarabağımız azaddır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Əlbəttə, ola bilməz! İnsan yalnız şərəfli ölkədə ləyaqətli ömür sürə bilər. Azərbaycan da dünyanın ən şərəfli ölkələrindən biridir. Biz bu mənada son dərəcə xoşbəxt xalqıq.

Xalqımıza bu xoşbəxtliyi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri bəxş ediblər. Bu xoşbəxtlik xalqla dövlətin sarsılmaz birliyi sayəsində mümkün olubdur. Bu birliyin, həmrəyliyin, yurdsevərliyin qədrini bundan sonra daim bilməliyik. O zaman daha güclü, daha qüdrətli olacağıq.

Mən bu günlərdə mətbuatdan öyrəndim ki Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yara­dılmış Əlaqələndirmə Qərargahının növbəti ic­lası keçirilib. Prezident Administrasiyasının və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nu­riyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icra­sına dair son vəziyyət təhlil edilib, qısamüddətli və uzunmüddətli perspektivdə qarşıda duran məqsədlər və onların həyata keçirilməsi ilə bağlı qurumlararası əlaqələndirmə məsələləri müzakirə olunub.

Bəli, bu, bir həqiqətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən geniş­miqyaslı quruculuq işləri dünya miqyasında nümunəvi xarakter daşıyır. Dünya bunu görür və yüksək dəyərləndirir. Dünya həmçinin görür ki, ermənilərin Qarabağda 30 ildə dağıtdıqlarını bərpa etmək, Qarabağı dirçəltmək və tamamilə yenidən qurmaq üçün Azərbaycan dövləti və xalqı əl-ələ veribdir.

Azərbaycan xalqı ermənilərdən fərqli olaraq qurub-yaratmaqla məşğuldur. Bizim onlardan fərqimiz çox böyükdür. Biz sivil, mədəni xalqıq, onlar isə nəyə qadir olduqlarını Qarabağda bütün dünyaya “nümayiş etdirdilər”.

İndi ermənilər ağıllarını başlarına yığıb düzgün seçim etməlidirlər. Mən çox istərdim ki, erməni xalqı öz səhvlərini etiraf edib, nəhayət, düz yola, haqq yoluna qayıtsın. Tarixdə əbədi müharibələr olmur. Ermənilər bizimlə qonşu kimi sülh, əmin-amanlıq şəraitində yaşama­ğa çalışmalıdırlar. Bu, onların da bizim də xeyrimizədir.

Mən indi ömrümün ahıl yaşındayam. Sinnim artıq səksəni ötüb. Birinci Qarabağ müharibəsi barədə çox sayda əsərlər, povest və hekayələr qələmə almışam. Ömür vəfa etsə, Vətən müharibəsinin qəhrəmanlarını da böyük həvəslə vəsf edəcəyəm. Vətənimlə, dövlətimlə, Prezidentimlə qürur duyuram!

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər