{category-title}

Hafis Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

 

 Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Hafis Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Hafis Məmmədov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb

Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Hafis Məmmədov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Hafis müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Hafis Məmmədov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir Hər kəsə bəllidir ki, Hafis Məmmədov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir  edən əsas səbəblər olub. Hafis Məmmədov bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Hafis Məmmədov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
    
O da hər kəsə bəllidir ki, Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Hafis Məmmədov yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Hafis Məmmədovun hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Hafis Məmmədov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Hafis Məmmədovun  əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.Hafis Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Ona etibar edilən bütün işlərdə Hafis Məmmədov özünü doğruldub. Bizdə hörmətli Hafis Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Son xəbərlər

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Bütün xəbərlər