{category-title}

Çörəyin bahalaşması üçün əsas varmı? - HƏQİQƏTƏN DƏ...

Yanvarın 4-də günün ikinci yarısında un və çörək istehsalçıları Azərbaycan xalqını özünəməxsus şəkildə Yeni il münasibətilə təbrik etmək qərarına gəliblər.

Anonim un və çörək istehsalçıları adından (unistehsali@gmail.com) aşağıdakı məlumat yayılıb:

«Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib.

Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.

Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib.

Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb.

Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq”.

Bu kollektiv müraciətin müəlliflərinin artımı izah etmək cəhdləri uğursuz alınıb.

Ona görə də müraciətdə göstərildiyi kimi, “çörək” siyasətini tənzimləyən hökumətə suallar ünvanlayıram.

Burada belə bir sual yaranır: Dünyadakı qiymətlərin nə dəxli var, axı dekabrın 1-nə Azərbaycanda dənli və paxlalı bitkilərin (qarğıdalı da daxil olmaqla) ümumi məhsul yığımı 3,349 milyon ton, yəni bir il əvvəlki göstəricidən 3,9% çoxdur.

15 il əvvəl apardığım araşdırma göstərdi ki, Azərbaycanın ərzaq taxılına illik tələbatı 1 milyon tondan çox deyil. Bu, o deməkdir ki, ölkə bu ehtiyacları yerli istehsal hesabına ödəyir. Təbii ki, rəsmi rəqəmlər uydurma deyilsə və ayrılan milyonlarla dollarlıq subsidiyalar isə, doğrudan, öz ünvanına çatıbsa. Bu rəqəmlərə inanmamaq üçün əsas var və o, ciddidir.

Məsələ burasındadır ki, ölkə yerli taxıldan (3,4 milyon ton) əlavə olaraq, yenə ərzaq ehtiyacları üçün ildə 1,3 milyon ton taxıl idxal edir. Burada Molla Nəsrəddin sayağı sual yaranır: “Bu pişikdirsə, bəs ət hanı? Ətdirsə, onda pişik hanı?

Növbəti sual. 2000-ci illərin əvvəlindən Dövlət Taxıl Fondu 200 min tondan 750 min tona çatdırılıb. Dediyim kimi, bu ehtiyatlar 10 aya kifayət etməlidir. Sual olunur: ehtiyatlar haradadır, ölkədə belə ehtiyatların saxlanması üçün anbarlar varmı və hakimiyyətə yaxın şirkətlər tərəfindən ölkəyə rüsumsuz gətirilən və emal edilərək çörək məhsulları şəklində piştaxtalara göndərilən bu ehtiyatlar hara gedib? Bunlar güzəştli şərtlərlə taxıl tədarük edən şirkətlərə inanılmaz gəlir gətirir.

Başqa bir sual. Müstəqillik əldə etdikdən sonra ərzaq ehtiyacları üçün ölkəyə çörək bişirmək üçün yararsız, qida dəyəri olmayan 4-5 sort yem taxılı gətirilir. Buna görə də onun istehsalı zamanı insan sağlamlığına zərərli olan kimyəvi maddələrdən, əlavələrdən istifadə olunur. 2012-ci ildə bu mövzuda növbəti yazımdan sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində taxıl tədarükçüləri və çörək istehsalçılarının birgə müşavirəsi keçirildi. Vəziyyət bir qədər yaxşılaşdı. Camaat kartof xəstəliyi adlanan xəstəlikdən danışmağı dayandırdı. Lakin sonradan və bu günə qədər yem taxılı yenidən üstünlük təşkil etməyə başladı.

İndi isə dünya qiymətləri haqqında. Əgər diqqət yetirsək, limandakı elevatorda 29.11.21-dən 12.03.21-dək Krasnodar, Rostov, Stavropol buğdasının tonu 225 dollar, + 70 dollar ixrac rüsumu olub. Faktiki olaraq elevatorda qiymət sentyabr ayı ilə müqayisədə azalıb. O vaxt bir ton buğda 300 dollar diapazonunda idi.

Son 10 ildə buğdanın qiyməti hər zaman düşüb, amma nədənsə Azərbaycanda qiymətlər artıb.

2008-ci ilin əvvəlində Rusiyanın ixrac qiyməti bir ton üçün $490 (Novorossiysk) olub. 2010-cu ildə qiymətlər 50% artıb

Beləliklə, taxıl bazarında mövcud vəziyyət sensasiyalı deyil və əksinə, adidir. Elə isə nə baş verir? Bu suala müraciət müəlliflərindən və hökumətdən cavab gözləyirəm. Müraciət müəlliflərinin də leqallaşmasını gözləyirəm. Ölkə öz qəhrəmanlarını tanımalıdır.

Mehman Əliyev //Turan.az//

Son xəbərlər

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Azərbaycan XİN İslandiyanı təbrik edib

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

Bakının iki rayonunda işıq olmayacaq

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Bütün xəbərlər