{category-title}


“Əminin belə bir hərəkət etməsi nə deməkdir?”

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda azyaşlı qızın əmisi tərəfindən qaçırılması məsələsinə münasibət bildirib.

Komitə sədri bildirib ki, bu hadisəni təəssüflə qarşılayıb: “Hər gün yeni sürprizlə qarşılaşırıq. Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu, ağılasığmayan məsələdir. Belə məsələlərə hüquqi müstəvidə cavab verməliyik. Cəzalanmanı cəmiyyət də adekvat qəbul etməlidir.

Biz rast gəlirik ki, cəmiyyət komitənin kimisə cəzalandırmağını ailə qurmağa maneə kimi qiymətləndirir. Yevlaxda olan məsələ də komitənin diqqətindədir. Baş verən andan məsələyə müdaxilə etmişik. Hüquq-mühafizə orqanları ilə birgə bu prosesə cəlb olunmuşuq. İndiki halda hüquqi dəyərləndirmədən sonra biz onun psixoloji durumu və gələcək taleyi ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik”

Komitə sədri Ağdamda X sinif şagirdi olan qızın qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, komitənin Ağdamda mərkəzi var: “Mərkəz həmin hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür”.

Xatırladaq ki, Yevlaxda 40-dan çox yaşı olan əmi 13 yaşlı qardaşı qızını qaçıraraq ona qarşı zorakı hərəkətlər edib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3 (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Son xəbərlər

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Bütün xəbərlər