{category-title}

Moskvadan qaçan İrəvan Parisə daha da yaxınlaşır... - NƏ BAŞ VERİR?

.
Ermənilər Rusiyanı artıq dost ölkə hesab etmir.

Bu ilin oktyabr-noyabr aylarında İrəvanda “Ermənistanın ən yaxşı müttəfiqi kimdir: Rusiya, yoxsa Fransa?” mövzusunda sosioloji sorğu keçirilib.

Məlum olub ki, 2019-cu ildən fərqli olaraq, ermənilərin böyük əksəriyəti Rusiyanı deyil, Fransanı ən yaxın dost ölkə hesab edir. Fransanın mövqeyi iki il əvvəlki sorğu ilə müqayisədə dörd dəfə artıb, Rusiyanın müttəfiq rolu isə xeyli zəifləyib. Qeyd edək ki, respondentlərin 43 faizi Fransanı, 35 faizi isə Rusiyanı dost ölkə hesab edib. Həmçinin, onların 2 faizi Fransanı, 17 faizi də Rusiyanı dost olmayan ölkə adlandırıb.

Görünən odur ki, Ermənistanda anti-Rusiya meyilləri güclənib və Fransanın Ermənistandakı təsiri artıb.

PtressXeber.info xəbər verir ki, bu barədə “Cümhuriyət” qəzetinə açıqlama verən politoloq Samir Hümbətov deyib ki, Ermənistanda keçirilən sorğunun nə dərəcədə şəffaf olması sual altındadır:

“Çünki Ermənistanda fəaliyyət göstərən vətəndaş institutlarının əksəriyyəti müxtəlif xarici qüvvələrin əlindədir. Ola bilər ki, bu rəy sorğusu Qərb institutlarının dəstəyi olan bir qurum tərəfindən keçirilib. Hətta belə rəy sorğularının mütəmadi şəkildə keçirilməsi gözlənilir. Digər tərəfdən isə, son dövrlərdə regionda baş verən proseslərdə Rusiya tərəfindən Ermənistana lazımi dəstək tam şəkildə ifadə olunmadı. Ermənilər Kremldən böyük dəstək gözləsələr də, buna nail ola bilmədilər. Çünki regiondakı yeni geosiyasi reallıq buna imkan vermədi. Yəni demək olar ki, onların arzuları ürəklərində qaldı. Bu isə təbii ki, erməni cəmiyyətində Rusiyaya qarşı aqressiyanın yaranmasına gətirib çıxardı. Ümumiyyətlə, Rusiyanın atdığı addımlar ermənilər tərəfindən xoşagəlməz hərəkətlər kimi qiymətləndirilməyə başlanılıb”.

Ekspert bildirib ki, onların bu gün Rusiyanı yox, Fransanı dəstəkləməsinin əsas səbəbi məhz bu proseslərdən qaynaqlanır: “Yəni İkinci Qarabağ müharibəsi və ondan sonrakı mərhələ buna səbəb oldu”.

Politoloq hesab edir ki, Ermənistanda Rusiyaya qarşı olan aqressiya bundan sonra daha da güclənəcək: “Nikol Paşinyanın qərbmeyilli siyasətçi olduğunu da nəzərə almaq lazımdır. O, cəmiyyəti yavaş-yavaş Qərbə inteqrasiya etməyə çalışır. Yəni Paşinyanın atdığı addımların kökündə bu faktorlar dayanır. Ona görə də erməni cəmiyyəti seçim qarşısında qaldığı zaman daha çox Qərbi və Fransanı seçir. Çünki erməni lobbisinin ən güclü fəaliyyət göstərdiyi ölkələrdən biri, məhz Fransadır. Son zamanlarda Fransanın Qarabağ məsələsində tutduğu ermənipərəst mövqeyin də bu rəy sorğusuna təsirləri böyükdür. Hətta bundan sonra da bu tendesiyanın davam edəcəyi gözlənilir. Lakin düşünürəm ki, Fransanın Ermənistanda möhkəmlənməsi bir az vaxt aparacaq. Unutmaq lazım deyil ki, Ermənistan siyasi, iqtisadi və hərbi baxımdan hələ ki, Rusiyadan asılı vəziyyətdədir. Nə qədər çalışsalar da, hələ müəyyən müddət Rusiyanın təsiri Ermənistanın üzərində qalacaq”.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər