{category-title}

“Bəzi həkimlərə heç öz qohumları da etibar etmir” - Direktor

"Bəzi həkimlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı doğru olmayan xəbərlər verirlər. Bildirirlər ki, Agentlik suallara cavab vermir, maliyyə çatışmır".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov "Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu" mövzusunda təlimdə deyib.

Direktor qeyd edib ki, icbari tibbi sığorta sisteminin işləkliyi ilə bağlı maliyyə vəsaiti kifayət qədərdir: "Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb. O həkimə yüksək əmək haqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Məsələn, Kliniki Tibbi Mərkəzdə 12 min manat əmək haqqı alan cərrahlar, 5 min manatdan artıq maaş alan mama-ginekoloqlar var. Amma 300 manat maaş alan mama-ginekoloq da var. Çünki onun son 6 aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki, onu müayinə edəsən?! Deməli öz qohumları belə onlara etibar etmir. Belə olan halda digər vətəndaş onun yanına niyə gəlsin? Hətta bəzi dövlət rəsmiləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Vətəndaş məmnunluğu lazımdır”.

K. Ələkbərov bildirib ki, artıq KTM-də urologiya və neyrocərrahiyyə şöbəsi açılıb: “6 ayda gün ərzində urologiya şöbəsinin əməkdaşları tərəfindən 12-15, neyrocərrahiyə şöbəsinin cərrahları tərəfindən isə 4-5 əməliyyat icra olunur. Lakin əvvəlki 6 ayın statistikasına baxanda mərkəzdə rayon xəstəxanalarında olduğu kimi gündə cəmi 5-6 əməliyyat həyata keçirilirdi. Bu gün isə gündəlik olaraq 35 əməliyyat icra olunur. Gələcək üçün texniki avadanlıqların yenilənməsi nəticəsində gündəlik əməliyyatların sayının 50-ni keçməsini hədəfləyirik”.


Son xəbərlər

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər

Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

"Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb

Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO

Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO

Xaricdə oxumaq istəyənlərin nəzərinə!

Akademik Zərifə Əliyevanın anım günüdür

Bu gün İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası işinə başlayır

İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

“Space” TV-nin baş direktoru işdən çıxarıldı

Azərbaycanda beynəlxalq qurum təsis olunur

"WSJ": Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır

Bütün xəbərlər