{category-title}



Şəkər xəstələrinin insulinləri azaldılıb? - AÇIQLAMA

 


Bunu Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova deyib.

Onun sözlərinə görə, hər gün bölgələrdən bununla bağlı əmiyyətə çoxlu sayda şikayətlər daxil olur.

"Xəstələr son dövrlərdə dərmanların sayının azaldılmasından gileylənirlər. Şəkərli diabetlə mübarizə üzrə 2 cür insulin var. qısamüddətli və uzunmüddətli. Xəstə bunların hər ikisini almalıdır. Amma deyirlər ki, bunlardan birini seçməlisiniz. Belə bir şey ola bilməz. Sonda bu, fəsadların yaranmasına gətirib çıxaracaq və bunun xərcini də yenə dövlət çəkməli olacaq. Çatdırılmada da müəyyən problemlər yaşanır və xəstələr insulini bəzi hallarda vaxtında ala bilmirlər. Nəhayət ən böyük problem keyfiyyətli insulinlərin keyfiyyətsiz insulinlərlə əvəz olunmasıdır" - deyə M.Ömərova qeyd edib.

Səhiyyə Nazirliyindən məsələyə aydınlıq gətirilib. Qurumdan verilən məlumata görə, şəkər dərmanları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alınır və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinə təqdim edilir.

"Dərman preparatlarının xəstələrə paylanması bu müəssisələr tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən yeni hazırlanmış proqram layihəsində şəkərli diabetdən əziyyət çəkən xəstələrə verilən dərmanların adambaşına gündəlik 40 vahid əvəzinə bu rəqəmin 60 vahidə çatdırılması təklif edilib. Qeyd etmək istəyirik ki, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən verilən dərman preparatları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanaraq sertifikat əldə etdikdən sonra vətəndaşların istifadəsi üçün tibb müəssisələrinə paylanılır".

TƏBİB-dən də bildirilib ki, şəkərli diabet xəstəsinə insulin təyini Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Qərarla hər bir xəstə üçün vahid norma müəyyənləşib.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005 ci il tarixli 87 saylı qərarına əsasən hər bir şəkərli diabet xəstəsinə sutkalıq 40 vahid insulin yazılmalıdır. Bu analoq insulinlərdən ayda 4 qələm, digər insulinlərdən isə ayda 1 qələm düşür. Adi insulinləri isə xəstələr aya 1000 vahid, yəni ayda 1 ədəd, 5 aydan bir isə 2 ədəd yəni, 6000 vahid ala bilər. ( 40 vahid 30 gün =1200 vahid ×5 aya = 6000 vahid=5 flakon)" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, son məlumatlara görə, ölkədə şəkərli qeydiyyata alınan diabet xəstələrinin sayı 283 min nəfərdir. Dünyada isə şəkərli diabetdən əziyyət çəkənlər 537 milyon nəfər təşkil edir.

Son xəbərlər

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

31 Mart soyqırımından 108 il ötür

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

Bu xəstəxanaya baş həkim təyin edildi

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün xəbərlər