{category-title}

Gündəm / Cəmiyyət
27.11.2021, 18:28
Bu gün neçə nəfər yoluxub?
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1617 yeni yoluxma faktı qeydə alınıb, 1 979 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33190 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 831, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 805, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 554 nəfərdir.

