{category-title}

 

Paşinyanın çətin seçimi - İNCƏLƏMƏ...

 


Gözləntilər özünü doğrultdu, Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmalar bu dəfə də Rusiyanın müdaxiləsi ilə dayandırıldı. 2016-cı ildən bəri təkrarlanan ənənəvi sxem işə düşdü: Rusiyanın müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov münaqişə tərəflərindəki həmkarları ilə danışdı. Türkiyənin müdafiə naziri Hulusi Akar yalnız Azərbaycanlı həmkarı Zakir Həsənovla, Ermənistanın Baş naziri Nikol Paşinyan isə Rusiya prezidenti Vladimir Putinlə zəngləşdi. Akar Azərbaycana dəstəyini ifadə etsə də Rusiya və Ermənistan liderlərinin telefon danışığının məzmunu tam olaraq açıqlanmadı.

Ermənistanın rəsmi müraciətinə baxmayaraq, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiya hadisələrə müdaxilə etmədi. KTMT-dən verilən açıqlamada İrəvana problemin danışıqlar və dialoq yolu ilə həll edilməsi məsləhət görüldü. Ermənistan hakimiyyəti dərhal bu neqativ reaksiyanı cəmiyyətə ötürdü və cəbhə xəttindəki növbəti uğursuzluğun məsuliyyətini müttəfiqləri ilə bölüşməyə cəhd etdi.

Toqquşma regionda qüvvələr balansına bir daha aydınlıq gətirdi. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrindən kifayət qədər üstündür və psixoloji baxımdan daha hazırlıqlıdır. Eyni hal hər iki ölkənin cəmiyyətləri üçün də xarakterikdir: Azərbaycanda ictimai rəy ordunun keçirdiyi əməliyyatları dəstəkləyir, qarşı tərəfdə isə siyasi böhran dərinləşir və növbəti məğlubiyyət siyasi qüvvələr arasında münasibətləri daha da gərginləşdirib. Rusiyanın mövqeyi və tərəflərə təsir imkanları daha da güclənib və Moskva fürsətdən istifadə edib, regionun “ağası” olduğunu dünyaya nümayiş etdirdi.

Atəşkəsin pozulmasına kənardan verilən reaksiyalar bir cəhəti ilə maraq doğurur. Rusiya, ABŞ, Minsk Qrupu və BMT-dən gələn çağırışlarda 10 noyabr üçtərəfli bəyanatının tam icra olunmasının, sərhədlərin delimitasiyası və demakrkasiyasının vacibliyi vurğulanır.

ATƏT-in Minsk Qrupu:

“Həmsədrlər tərəfləri gərginliyi dərhal azaltmaqdan ötrü konkret addımlar atmağa çağırırlar. Onlar tərəfləri qızışdırıcı ritorika və provokativ addımlardan çəkinməyə, 9 noyabr atəşkəs bəyanatı və digər atəşkəs razılaşmaları çərçivəsində öhdəliklərinə tam əməl etməyə səsləyirlər. Gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün qalan məsələlərin danışıqlar yoluyla, hərtərəfli və davamlı həllinə ehtiyac olduğunu göstərir”.

Rusiya prezidentinin köməkçisi Dmitri Peskov:

“Biz hələ də ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli bəyanatların həyata keçirilməsidir. Hesab edirik ki, bütün ölkələr ilk növbədə götürdükləri öhdəliklərə əməl etməlidir və bu, belə insidentlərin yenidən baş verməməsinin zəmanəti olacaq”.

ABŞ Dövlət katibi Entoni Blinken:

“Tərəfləri sərhədin demarkasiyası daxil olmaqla, bütün vacib məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq”.

Birləşmiş Millətlər Təşkilatı:

“Biz son zorakılıqlar barədə xəbərləri narahatlıqla izləyirik. Məlumatları dəqiqləşdirməyimiz zəruridir. Biz bütün tərəfləri çəkinməyə, 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq hərəkət etməyə, bütün mövcud narahatlıqları dialoq vasitəsilə və dinc şəkildə həll etməyə çağırırıq”.

Azərbaycan da 10 noyabr bəyanatının tam icra olunmasını və sərhədlərin delimitasiyası və demarkasiyasını, kommunikasiyaların açılmasını tələb edir. Amma rəsmi İrəvan müxtəlif yollarla bu sənədin tam icra olunmasından yayınmağa çalışır. Sonuncu dəfə Moskvada planlaşdırılan üçtərəfli görüşün Paşinyan tərəfindən pozulması, ardınca Laçın dəhlizində, Qaragöldə və sərhəd xəttində baş verən toqquşmalar bu prosesin tərkib hissəsidir.

Qeyd edək ki, Rusiyanın, Qərbin də icrasını tələb etdiyi 10 noyabr razılaşmasının aşağıdakı bəndələri yerinə yetirilməyib:

Bütün kommunikasiyaların açılması həllini tapmayıb. Azərbaycan sülhməramlıların müvəqqəti nəzarət zonasında olan Tərtər-Ağdərə-Kəlbəcər yolunun və Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bu yoldan ancaq Rusiya hərbçilərinin müşayiəti altında həftənin bir neçə günü hərəkət etməyə icazə var.
Rusiya sülhməramlılarının məsuliyyət zonasından erməni hərbçilərinin çıxarılması mümkün olmayıb. Əksinə, Ermənistan onların dayandıqları mövqeləri toxunulmaz təmas xəttinə çevirməyə çalışır. Bu da Azərbaycan üçün qəbuledilməzdir.
Qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qaytarılması. Məlumdur ki, sülhməramlılar Xankəndi və ətraf ərazilərə 20 mindən artıq erməni qaçqınını geri qaytarıb. Amma azərbaycanlıların geri dönüşü ilə bağlı hər hansı proses getmir. BMT strukturunun prosesə müdaxiləsi isə müəmmalı şəkildə yubanır.
Beləliklə, Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün başlıca məsələ – üçtərəfli bəyanatın yerinə yetirilməsi beynəlxalq tələbə çevrilir. Burada yeganə oyunpozan qüvvə, hələ ki, Ermənistan rəhbərliyidir. Daxildə müxalifətin ciddi təzyiqləri ilə üzləşən Paşinyan iqtidarı öhdəlikləri yerinə yetirməkdən çəkinir. Çünki keçmiş siyasi elitanın rəhbərlik etdiyi müxalifət hökumətin bu addımı atmasını dövlətə xəyanət sayır. Paşinyanın hansı qərar verəcəyi məlum deyil, amma onun seçim imkanı hədsiz dərəcə məhduddur. Çünki bu dəfə Qərb də 10 noyabr bəyanatının tam icra olunmasını istəyir…
 //PRESSKLUB.AZ//

Son xəbərlər

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Bütün xəbərlər