{category-title}

 

Hikmət Həsənov generallarla görüşdə niyə yox idi?

 


Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsində döyüşlərə rəhbərlik edən generallar – Kərim Vəliyev, Hikmət Mirzəyev, Mais Bərxudarov, Ramiz Tahirov, Namiq İslamzadə iştirak etsə də, 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun görüşdə yer almaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng edərək təbrik etdiyi ilk general olub.

Daha sonra isə generalın adı mediada “Tərtər işi” ilə bağlı hallanıb. Bir çox ictimai şəxslər həmin zaman hərbçilərə işgəncə verilməsinə Hikmət Həsənovun rəhbərlik etdiyini yaxud məlumatlı olduğunu iddia ediblər.

Hərbi prokuror Xanlar Vəliyev bir neçə gün öncə mediaya açıqlamasında bildirmişdi ki, hərbi hissələrin birində istintaqdan öncəki bir neçə gün dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib: “Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik.

Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi”.

Məlumata görə, həmin hərbi hissə Hikmət Həsənovun rəhbərlik etdiyi Birinci Ordu korpusuna tabe olub.

Hikmət Həsənov generallarla görüşdə niyə yox idi?

Digər bir iddiaya görə isə Hikmət Həsənov səhhətinə görə aktiv fazada görünmür. Onun müharibə vaxtı infarkt keçirərək ürək əməliyyatı olunduğu bildirilir. Həmçinin, müharibə ərəfəsində generalın olduğu maşının minaya düşməsi haqda məlumat da yayılmışdı.

Vətən müharibəsindəki Zəfərdən sonra ilk Silahlı Qüvvələr günündə təltif edilən hərbçilər, generallar arasında Hikmət Həsənovun adının olmaması da diqqət çəkdi. Təxminən bir ay sonra, avqustun əvvəlində artıq onun Birinci Ordu korpusu komandiri vəzifəsindən çıxarıldığı haqda məlumatlar yayılsa da, Müdafiə Nazirliyi nə təsdiq, nə də təkzib etmişdi.

Hazırda general haqqında açıq mənbələrdə formalaşdırılan informasiyada onun Hərbi Akademiyanın rəis müavini kimi xidmət etdiyi bildirilir.

“Qafqazinfo”

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər