{category-title}

“Bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik, sonra müəyyən etdik ki, onların günahı yoxdur”

 


Hərbi prokuror Xanlar Vəliyev bu gün jurnalistlərə açıqlamasında “Tərtər işi” zamanı işgəncə verilən hərbçilərin sayını açıqlayıb.

X.Vəliyev qeyd edib ki, təkcə işgəncə işi üzrə 102, ya da 103 nəfərə qarşı müxtəlif formada fiziki zorakılıq tədbirləri həyata keçirilib:

“Demək istədiyim odur ki, yalnız təqsirləndirilən şəxslər deyil, digər insanlara qarşı da işgəncə halları olub. Onu da deməliyəm ki, biz istintaq dövründə bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik, ancaq sonra müəyyən etdik ki, həmin adamların günahı yoxdur. Ona görə də onların barəsində cinayət işinə xitam verildi. Hərbi Prokurorluq obyektiv olmağa çalışıb və zənn edirəm ki, buna nail olub”.

Hərbi prokurorun sözlərinə görə, torpaqlarımız işğaldan azad ediləndən sonra ermənipərəst insanlar içimizdə olan erməni xislətli şəxslərdən istifadə edərək bu məsələni tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd edib.

X. Vəliyev “Tərtər işi” haqda çıxışlar edən, siyasi mühacir Qurban Məmmədov barədə də danışıb: “Qurban Məmmədov və onun kimilər bu gün də hələ ermənilərin "maşa"sıdır. Onun kimilər başa düşmür ki, onların deməyi ilə deyil.

Həmçinin oxuyun: Xanlar Vəliyev ilk dəfə “Tərtər işi”ndən danışdı

Qurban Məmmədov özü hüquqşünasdır və çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda hər şey qanunla həll edilir. Mən izah etdim, cinayət işi başlanılıb, təqsirli hesab edilən şəxslər məhkəmə məsuliyyətinə verilib və Azərbaycanda mövcud olan bütün məhkəmə instansiyalarında bu işlər araşdırılıb. Sonda belə qərara alınıb ki, istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə və digər insanlara qarşı qanunsuz işgəncə verənlər haqqında çıxarılmış hökmlər qanunidir.

Söhbət təkcə cinayətlərin ağırlığından getmir, bu, hər bir azərbaycanlı üçün qara ləkədir.

İndi kimlərsə razılaşmaq istəmir ki, onların övladları bu ləkənin sahibidir. Onlar bu ləkənin sahibi olan övladın valideyni olmaq istəmir. Amma nə etmək olar? Əvvəllər də belə hallar olub, həmin şəxslərə qarşı da tədbirlər görülüb. Belə olmasaydı, Azərbaycan Ordusu təmizlənməsəydi, onda biz çox pis vəziyyətdə qalardıq. Bəlkə də bu qələbəni də qazana bilməzdik”.

Son xəbərlər

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Azərbaycanda Qurban bayramı qeyd edilir

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

Bütün xəbərlər