{category-title}

 

Azərbaycanın regionda yaratdığı yeni reallıq: - Zəngəzur dəhlizi...

 


Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra regionda yeni reallıqlar formalaşdı. Bu istiqamətdə önəmli məsələlərdən biri də Zəngəzur dəhlizidir. Bu dəhliz hələ sovet dövründə aktual məsələ olsa da, Ermənistan rəhbərliyi elə o dövrdə də bu dəhlizin açılmasına mane olmuşdu. Azərbaycanın regionda yaratdığı mövcud vəziyyət isə bu dəhlizin açılmasını artıq reallığa çevirib.

Kanada Qlobal Münasibətlər İnstitutunun elmi işçisi Robert Katler bildirir ki, atəşkəs sazişi Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təşkil olunmasına imkan verəcək dəhlizin açılmasını nəzərdə tutur və orada həqiqətən bərpası mümkün olan dəmir yolu mövcuddur: "Amma Ermənistan Zəngəzur dəhlizindən keçməyən daha uzun dəmiryol marşrutunun açılmasında təkid edir. Bu marşrut daha uzun vaxt aparacaq, eyni zamanda onun bərpası və təmiri daha baha başa gələcək".

Daha əvvəl Türkiyənin BOTAŞ enerji şirkəti Naxçıvanla Ermənistan sərhədində iri zavodun tikintisində maraqlı idi. Əgər bu məqsəd üçün Ermənistanın cənub hissəsində boru kəməri tikmək mümkün olsaydı, bu, iqtisadi inkişafa ethiyacı olan bölgədə emal kompleksinin tikintisi sayəsində yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdi".

Milli Məclisin deputatı Vüqar Bayramov isə belə hesab edir ki, Zəngəzur dəhlizinin reallaşması bütövlükdə regionun inkişafı üçün vacib layihələrdən biridir:

"Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına imkan verməyəcək, eyni zamanda bütün region ölkələrinin bu dəhlizdən faydalanmasına imkan yaradacaq. Bununla yanaşı, bu dəhlizin reallaşması region üçün vacibdir. Azərbaycan və Türkiyə regionda 6-lıq əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin reallaşması region dövlətləri üçün də iqtisadi baxımdan faydalıdır. Həmçinin, Ermənistan da bu dəhlizdən faydalana biləcək.

Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyəti nəzərə alsaq, bu ölkədə müşahidə edilən tənəzzülün aradan qaldırılması üçün yeganə yol kommunikasiyaların paralel bərpasıdır. Revanşist meyillərlə Ermənistanda müşahidə edilən tənəzzülü aradan qaldırmaq mümkün deyil".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza qeyd edir ki, Zəngəzur dəhlizi investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün fürsətə çevrilə bilər:

"Bu dəhliz həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə üçün iqtisadi əlaqələrin bərpasında böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına kömək edəcək. Ümid edirəm ki, qısa zamanda erməni siyasətçilər müharibədəki məğlubiyyət şokundan xilas olacaqlar və ölkədəki qərbyönümlü çoxluq "Böyük Ermənistan" mifindən əl çəkməyin və birlikdə ölkələrini yenidən qurmağın vaxtı gəldiyini başa düşəcəklər".

Ümumilikdə qeyd etmək lazımdır ki, regionda kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin qurulması sülh şəratinin formalaşmasına təkan verəcək başlıca amillərdir. Ermənistan siyasi rəhbərliyi də illərdir Ermənistanı yuvarladıqları iqtisadi uçurumun dibindən qurtarmaq üçün Azərbaycanın diktə etdiyi reallıqları qəbul etməyə məcburdurlar.

Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi

Son xəbərlər

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

"Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir

Milli Məclisin deputatı İranda səfərdədir

Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Bütün xəbərlər