{category-title}

 

İndi daha hansı sahədə BAHALAŞMA GÖZLƏNİLİR? - Qış öncəsi xalqa BÖYÜK ZƏRBƏ

 


Oktyabrın 16-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisinin tariflərinə baxılaraq növbəti bahalaşma qərarı verilib.

Tarif Şurasının qiymət artımına dair izahatı bundan əvvəlki bahalaşma qərarlarının əsaslandırılması zamanı gətirilən arqumentlərdən o qədər də fərqlənmir:

“Dünya bazarında təbii qazın bahalaşması, ölkəmizin enerji dayanıqlılığı məqsədilə bu sahəyə investisiya qoyuluşunın təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələlər müzakirə edilib. Təhlillər göstəririr ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur”.

Şura üzvlərinin yekdil qərarı ilə əvvəlcə təbii qazdan istifadə tariflərinə “əl gəzidirilib”. 1200 kubmetri 100 manat olan istehlak qiyməti 20 manat artırılaraq 120 manata çatdırılıb.

Xatırladaq ki, Tarif Şurası iki ay yarım əvvəl də qazın qiymətini təxminən 30 faiz artırmışdı. Bu il iyulun 1-dən hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limiti azaldılaraq 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan əhali 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyirlər.

Tarif Şurası elektrik enerjisinin bahalaşmasının səbəblərini belə izah edib:

“Təbii qaz qiymətlərinin sürətli artımı dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan verib. 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, qlobal iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanması elektrik enerjisinə tələbatı da kəskin artırıb. Ölkədə əsas enerji istehsalçısı olan “Azərenerji” ASC elektrik enerjisinin 96%-ni təbii qaz hesabına istehsal edir. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndiirir…”

Şura sonda vəd edir ki, bahalaşma nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək. Qərarlar 1 noyabr 2021-ci il tarixindən qüvvəyə minir.

Tarif Şurasının qərarını “Press Klub”a şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib ki, son qərar əsasında noyabrın 1-dən əhaliyə satılan 1200 kub metrədək qazın qiyməti 100 manatdan 120 manata, 200 kvt saatadək eletrik enerjisinin qiyməti 7 qəpikdən 8 qəpiyə, 200 kvt saatdan 300 kvt saatdək 7 qəpikdən 9 qəpiyə, 300 kvt saatdan çox elektrik enerjisi 11 qəpikdən 13 qəpiyə qaldırılıb.

İqtisadçı qeyd edib ki, bundan əlavə, sənaye və kənd təsərrüfatı üçün qazın, ticarət və xidmət üçün elektrik enerjisinin qiyməti bahalaşdırılıb:

“Bununla yanaşı, sənaye və kənd təsərrüfatı üçün qazın hər 1000 kubmetrinin qiyməti 200 manatdan 220 manata, ticarət və xidmət üçün elektrik enerjisinin qiyməti hər kvt. saat üçün 9 qəpikdən 11 qəpiyə qədər bahalaşdırılıb”.

Tarif Şurasının qərarları əhalinin sosial vəziyyətinə necə təsir edəcək, ölkədə qiymət artımının növbəti dalğası baş verə bilərmi? Q.İbadoğlunun sözlərinə görə, şübhəsiz ki, bu qərarların mənfi təsirləri qaçılmaz olacaq:

“Kommunal xərclər artacaq, yaşam şərtləri də pisləşəcək. Bu, son deyil, davamı da olacaq. Növbədə metro və digər ictimai nəqliyyatdır”.
 //PRESSKLUB.AZ//

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər