{category-title}

 

Azərbaycan futbolunun fiaskosu

 


Xəbər verdiyimiz kimi, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oynadığı növbəti matçında da uduzub. İki gün öncə Belqradda Serbiya millisinin qonağı olan yığmamız, rəqibinə 1:3 hesabı ilə məğlub olub.

“Qafqazinfo”nun məlumatına görə, DÇ-2020-nin seçmə mərhələsində keçirdiyi 6 oyundan sonra cəmi bir xalı olan yığmamız düz bir ildən artıqdır ki, qələbə üzünə həsrətdir.

Canni De Byazinin rəhbərlik etdiyi kollektiv sonuncu dəfə ötən ilin sentyabrında  UEFA Millətlər Liqası çərçivəsində Kipr millisi üzərində 1:0 hesablı qələbə qazanıb. O tarixdən bu yana rəsmi matçlarda qələbə üzü görməyən millimiz, keçirdiyi 11 rəsmi oyunda yalnız 4 dəfə heç-heçə edib bilib ki, bunun da üçü 2020-ci ilə təsadüf edir.

Futbol üzrə Azərbaycan millisinin uğursuzluğunun miqyası olduqca böyükdür. Təsəvvür edin, milli komanda 2017-ci ildən bu yana keçirdiyi 33 rəsmi matçda yalnız 4-dəfə qələbə sevinib ki, bu nəticələr də böyük uğur sayıla bilməz. Çünki qazanılan qələbələrin üçü cırtdan dövlətlərin milliləri üzərində olub. Kipr üzərində qələbəyə sevinən yığma, San-Marino və Farer adalarını da iki oyunda məğlub etməyi bacarıb.

Problem təkcə əsas milli ilə yekunlaşmır. Milli komandanın sütünü hesab edilən U-21 yığmamızda da vəziyyət biabırçıdır. Milan Obradoviçin baş məşqçisi olduğu gənclərdən ibarət milli komandamız rəsmi matçlarda son qələbəsini 2019-cu ildə qazanıb ki, bu da yenə cırtdan ölkə Lixtenşteynlə matça təsadüf edir. 2019-cu ilin noyabrından sonra 8 rəsmi matça çıxan gənclərimiz bunların 7-də məğlub olub, birində isə Finlandiyadan olan həmyaşıdları ilə heç-heçə edib.

Biabırçı nəticə ondan ibarətdir ki, U-21 millimiz 2017-ci ildən bu yana keçirdiyi 24 rəsmi qarşılaşmanın 19-da meydanı məğlub tərk edib. Qalan matçların üçü heç-heçə, ikisi ilə gənclərimizin qələbəsi ilə yekunlaşıb.

Qeyd edilən statistikalar bir daha sübut edir ki, milli komandaların nəticəsi fiaskodur. Mövcud biabırçı mənzərənin isə yaxın illərdə düzələcəyi gözlənilmir. Hər halda gələcəyə ümidlə baxılması üçün hər hansı bir addımın atıldığının şahidi olmuruq. Ötən ilin yayında əsas milli komandanın "sükanı arxası"na gətirilən Canni de Byazinin də uğursuzluqla yadda qalması bir daha göstərdi ki, problem baş məşqçidə deyil, futbola baxış dəyişməlidir.

Vaxtilə Albaniya millisini Avropa çempionatının final mərhələsinə daşıyan italiyalı mütəxəssisin gələn ay müqavilə müddəti başa çatır. Çox güman ki, AFFA rəhbərliyi təcrübəli baş məşqçiyə yeni müqavilə təklif etməyəcək. Onun gedişindən sonra boş qalan postun kimin tutacağı isə bilinmir. İndidən dəqiq bilinən odur ki, De Byazinin yerinə gələcək yeni baş məşqçinin də nələrisə dəyişəcəyinə ümid yoxdur.

Son xəbərlər

Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM

Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib

Suriya ordusu Hələbdə PKK/YPG-nin mövqelərini bombalamağa başlayıb

Partlayışda ölən SOCAR-ın işçisi imiş - Rəsmi

Şəkidə məktəb binası YANDI

İran etirazları yatırmaq üçün İraqdan milis dəstələri GƏTİRİB

Cəbrayılda mina partladı - Xəsarət alan var

Nəzrin ölümünə görə həbs olunan həkim azadlığa çıxdı

Xidmət rəisi Neftçalada vətəndaş qəbulu keçirəcək

Sumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonent qazsız qalıb

Bakı Teleqüllə Kompleksində müayinə və layihələndirmə işləri görüləcək

Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridilib

FHN dumanlı havaya görə kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

Azərbaycan nefti cüzi ucuzlaşıb

Gəncənin pravoslav icması Milad bayramını qeyd edir

Memar Əcəmi stansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq

Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR

“TikTok”da yarış təşkil edən Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verilib

Azərbaycanda 149 uşaq övladlığa verilib

Maaş və pensiyalarda bu qədər artım olacaq - Deputat AÇIQLADI

Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapıldı

Aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisinə icazə təsdiqləndi

Leyla Əliyeva Maskatda Oman Sultanlığının Vəliəhdi ilə görüşüb

“Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Bütün xəbərlər