{category-title}

Hər 6 aydan bir vaksinasiya? – “ÜST-nin açıqlamasını oxuyandan sonra dəli olmamaq üçün...”

 



"Peyvəndin hər 6 aydan bir dövri olaraq təkrarlanmasının zəruriliyi fikri heç bir halda normal insan təfəkkürünün məhsulu ola bilməz”.

Bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssis bununla bağlı bir neçə nümunə də gətirib:

"Məsələn, hər il guya qripin yeni ştammının əmələ gəlmə ehtimalına görə, insanlara qrip əleyhinə vaksin vurulması tövsiyyə olunur. Məgər, qrip əleyhinə vaksin vurdurmayan, lakin mövsümü qripə yoluxan və ciddi yanaşı xəstəliyi olmayan  kimsə, qripdən ölüb? Şəxsən mən belə bir halın olduğunu bilmirəm. ÜST bunu COVİD-19  pandemiya halını alandan sonra qripin  xəstəlik olaraq 98% azalması ilə əlaqələndirirlər. Bunu oxuyanda insan dəli olmamaq üçün diz çöküb Tanrıya yalvarmalıdır. Bilirsiniz, insanlara kütlə psixologiyası aşılamaq mümkündür, lakin, idrakı təfəkkürü kütlə təfəkkürünə döndərmək mümkün deyil”.

M.Qəniyev bildirib ki, koronavirus ölkəmiz və xalqımız üçün milli faciə kimi dəyərləndiriləcək bəla deyil:

istənilən klinik formasını, zamanından asılı olmayaraq keçirmiş insan, bu infeksiyaya dəfələrlə yoluxsa belə, bu halda letal sonluq yalnız və yalnız sıfırdır. Övladlarınızı tək COVİD-19-dan deyil, istənilən viral infeksiyadan qoruyun, lakin onların koronavirusa yoluxma ehtimalına görə stress, gərginlik və ruhi sarsıntıya  düşməyin. Bu İnfeksiyanın 11-12 yaşına qədər uşaqlar üçün heç bir qorxusu yoxdur. 19 yaşına qədər uşaqlara isə, qorxusu yalnız nisbidir. Yəni onlar xəstələnsə də, bu infeksiyanı yalnız öskürək və asqırmaqla keçirəcək”.

Professor həmçinin uşaqların vaksinasiyası məsələsinə toxunub:

"Bir halda ki, məlum yaş qruplarında olan uşaqlarda yoluxma minimal, letallıq sıfıra bərabərdir, məgər bu halda peyvənd lazımdırmı? Mən uşaq, yeniyetmə və gənclərə hazırda koronavirus əleyhinə peyvənd vurulmasının qəti əleyhinəyəm. Bunu yalnız illər sonra - yəni peyvəndin inkişaf edən orqanizmə mutagen, kanserogen və sair kimi mənfi təsirinin olmaması eksperimental və klinik müşahidələrdə tam təsdiqini tapdıqdan sonra etmək olar. Hazırda məlum yaş qrupunda olan uşaqlara kütləvi şəkildə peyvənq vurdurmaq məsləhət deyil”.

Son xəbərlər

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Bütün xəbərlər