{category-title}

“Təkcə Təhsil Nazirliyini yox, Səhiyyə Nazirliyini və TƏBİB-i də qınamaq lazımdır” - ETİRAZ

 



İlk dəfə 2019-cu ildə Çinin Vuhan əyalətində yayılan və bütün dünyanı cənginə alan koronavirus infeksiyası iki ilə yaxındır ki, bəşəriyyətin qorxulu kabusuna çevrilib. Bu günə qədər Azərbaycanda 500 minə yaxın insan bu virusa yoluxub. Bu, sadəcə rəsmi statistikadır və yoluxanların sayının daha çox olduğunu ehtimal etmək olar.

Bütün dünyada olduğu kimi, Azərbaycanda hökumət qapanmalara getsə də, əhalinin kütləvi şəkildə peyvəndlənməsi və vaksinasiyaya təşviq edilməsi fonunda Operativ Qərargah əksər məhdudiyyətləri aradan qaldırdı. Bununla da sentyabr ayının 22-dən ibtidai siniflərdə, 29-dan isə bütün təhsil müəssisələrində dərslərə start verildi.

Lakin tədrisin elə ilk günündə universitetlərin qarşısında kütləvi izdihamlar yarandı. Uzun illər təmasdan qorunmaq adı altında distant təhsilə keçid qərarı verən Təhsil Nazirliyi doğrudanmı virusdan qorunmaq üçün kütləvi izdihamlar yaratmaqdan başqa çıxış yolu görmədi? Nazirlik bunu nəzərə almadımı və alternativ təkliflər planı yox idimi?

Milli Məclisin sabiq üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev AYNA-ya açıqlamasında deyib ki, Təhsil Nazirliyinin tədrisə hazırlığı böyük qüsurlarla müşayiət olunub: “Koronavirus pandemiyası dövründə elektron məlumat bazasının formalaşdırılması yönündə ciddi addımlar atılıb. Hətta virusun tüğyan etdiyi dövrlərdə 8103 SMS xidməti yaradıldı. Bununla çox rahat müəyyən etmək olurdu ki, kimin küçəyə çıxmaq icazəsi var və ya gündəlik icazə müddəti nə zaman başa çatacaq. Yəni, ortada uğurlu təcrübə var idi. Belə bir məqamda tələbələri kütləvi şəkildə bir yerə toplamaq yolverilməz idi. Görünür, Təhsil Nazirliyi bunların heç birini nəzərə almadı. Nəticədə universitetlərin qarşısında geniş sıxlıq müşahidə olundu”.

Həmsöhbətimizin sözlərinə görə, bu sıxlığın doğurduğu fəsadlar böyük problemlərə yol aça bilər: “Nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası hələ bitməyib. Bir neçə həftə öncəyə qədər ölkəmizdə yoluxma səviyyəsi çox yüksək idi. “Delta” ştammı əvvəlki ştamlardan fərqli olaraq təkcə yaşlı və yanaşı xəstəlikləri olan insanları deyil, gəncləri də öz qurbanına çevirirdi. Bu, hamımızın gözünün qarşısında baş verirdi. Belə bir məqamda hər universitetin qarşısında sanki Məkkəni ziyarət edirlərmiş kimi, tələbə sıxlığı yaratmaq böyük məsuliyyətsizlik idi. Hələ də dəqiq bilmirik ki, bu sıxlıq hansı problemlərə yol açacaq. Təhsil Nazirliyi bunları nəzərə almadı. Minlərlə gənci real təhlükənin cənginə atdı. Görünən odur ki, təhsil sahəsində sistemsizlik hökm sürür və baş verənlər bunun bariz nümunəsidir”.

Keçmiş deputatın sözlərinə görə, Operativ Qərargah və Təhsil Nazirliyi bu qərarı verərkən kordinasiyalı fəaliyyət göstərməli idi: “Görünən odur ki, bu, baş verməyib. Nəticə isə göz qabağındadır. Bu cür hallara son qoyulmalıdır. Təcili olaraq tədbirlər planı hazırlanmalıdır. Əks halda yoluxma sayı sürətlə artacaq və hökumət yenidən qapanmalara getmək məcburiyyətində qalacaq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə AYNA-ya deyib ki, bu məsələdə təkcə Təhsil Nazirliyini yox, Səhiyyə Nazirliyi və TƏBİB-i də qınamaq lazımdır: “Təhsil Nazirliyinin işi keyfiyyətli tədrisi təşkil etmək, şagird və tələbələrin bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Demək olmaz ki, bu sahədə vəziyyət idealdır. Təbii ki, problemlər olmamış deyil. Təhsil Nazirliyi bu məsələlərə birbaşa məsuldur. O ki qaldı pandemiya ilə bağlı məsələlərə, buna görə məsuliyyət səhiyyə orqanlarının üzərindədir. Hazırda Azərbaycanda iki belə qurum var. Bunlardan biri Səhiyyə Nazirliyidir, digəri də TƏBİB. Bu qurumlar müvafiq qaydalar təmin etməli, təlimatlar hazırlamalı idilər”.

ADP sədri qeyd edib ki, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB çox bərbad fəaliyyət göstərib: “Faktiki olaraq iki qurum arasında kordinasiya itib, peşəkarlıq yox dərəcəsindədir. İnsanlar evlərində köməksiz yardım istəyir, bunlar isə tamaşaçı kimi durub kənardan baxırlar. Təbii ki, artıq əhalidə ümumi rəy formalaşıb ki, bu qurumlar heç bir iş görən deyil. Bu səbəbdən aidiyyəti olmayan qurumları - Təhsil Nazirliyi və digər dövlət qurumlarını ittiham edirlər”.

Son xəbərlər

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Bütün xəbərlər