{category-title}

 

İranlı generalın Azərbaycanı raketlərlə hədələməsinə türk ekspertdən cavab: “Bədəlini ödəyərsiniz”

 


Son günlər İran rəsmilərinin, hətta ordu mənsublarınının Azərbaycan əleyhinə işlətdiyi ifadələr mövcud gərginliyi daha da artır.
 
İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqirinin "münaqişə kəskinləşəcəyi təqdirdə Azərbaycana 4000 raket ataraq, Bakını məhv edəcəyik” sözlərinin ardınca bu gün də İran ordusuna yaxınlığı ilə bilinən hərbi jurnalist Hüseyin Daliryanın "Tvitter” hesabında Azərbaycanla İranın hərbi gücünü müqayisə edərək İranın Azərbaycandakı kritik hədəflərə min raket buraxaraq mübarizəni bir gündə həll edə biləcəyini iddia edib.
 
Maraqlıdır, rəsmi Tehran gərginliyi artırmaqla nəyə nail olmaq istəyir?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar deyib ki, bu gün İran ordusunda çox böyük nizam-intizamsızlıq var.
"Müharibəyə bir şəxs qərar verə bilməz. Buna bir dövlətin siyasi iradəsi qərar verə bilər. Bu və bu kimi ifadələr ciddi bir orduya yaraşmır. İran dövləti bu açıqlamaları edənlərlə bağlı ciddi ölçü götürməlidir.
 
Digər tərəfdən İranın həqiqətən də Azərbaycana qarşı belə bir niyyəti varsa, bu bir düşmənçilik və müharibə deməkdir. Bu gün İranda müharibə ritorikası ilə danışanlar, müharibə istəyənlər ümid edirəm, bunun rəsmi Tehran üçün hansı fəlakətlərə səbəb olacağını da hesablayıblar. İranın dərdi Azərbacayna zərər verməkdirsə buna nail ola bilərlər. Lakin heç kəs unutmamalıdır ki, buna Ermənistan da cəhd etdi, amma nəticəsinə də qatlandı. İran da Ermənistan kimi davranarsa, bədəlini ödəyər”.

A. Ağarın sözlərinə görə, Azərbaycana raket atmaq uşaq oyuncağı deyil: "Bunu ifadə etmək belə özlüyündə həm müharibə səbəbi, həm də beynəlxalq hüququn pozulması deməkdir. Bu məsələlər elə də asan deyil. İran bu və bu kimi ifadələrdən qaçmalıdır, əks təqdirdə beynəlxalq ictimaiyyətin qəzəbinə tuş gələ bilər”.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər