{category-title}

 

Zamiq Qurbanovun fəaliyyəti günün tələblərinə tam şəkildə cavab verir

 

    Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.

    Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Zamiq Qurbanov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb .Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Zamiq müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Zamiq Qurbanov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

 Qurbanov Zamiq Mətləb oğlu 13 sentyabr 1981-ci ildə Cəbrayıl rayon Dağ Tumas kəndində anadan olub. 1987-ci ildə Cəbrayıl rayon Dağ Tumas kənd orta məktəbinin birinci sinfinə qəbul olub. 1993-cü ildən Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar olaraq,ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. 1999-cu ildə Qubadlı rayon Çay Tumas kənd məktəb- liseyini bitirib, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinə qəbul olub və 2003-cü idə ali təhsilini başa vurub, psixoloq ixtisasına yiyələnmişdir. 2003-cü ilin iyul ayı həqiqi hərbi xidmətini zabit kimi cəbhə xəttində çəkib və 2005-ci ildə ehtiyata buraxılmışdır. 15 sentyabr 2005-ci il tarixində Cəbrayıl rayon 7 saylı tam orta məktəbində psixoloq vəzifəsinə təyin olunmuşdur. İstedadlı və bacarıqlı pedaqoq kimi özünü göstərdiyinə görə 15 sentyabr 2008-ci il tarixində Cəbrayıl rayon Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin olunub və 02 mart 2012-ci il tarixinədək bu vəzifədə özünü bacarıqlı bir təhsil işçisi kimi göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan Ümumtəhsil Məktəb Drektorlarının Qəbulu Müsabiqəsində uğur qazanaraq, Azərbaycan Respublikası Təhsil Nazirinin 02 mart 2012-ci il tarixli, 11/195 nömrəli əmri ilə Cəbrayıl rayon Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbinə direktor təyin olunub. Cəbrayıl rayon V. İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmaqla bərabər 2014-cü ildən ictimai əsaslarla Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Cəbrayıl rayon nümayəndəliyinin sədridir.
01 oktyabr 2018-ci il tarixdən Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri vəzifəsinə təyin olunub.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

   Hər kəsə bəllidir ki, Zamiq Qurbanov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir  edən əsas səbəblər olub. Zamiq Qurbanov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Zamiq Qurbanov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

 Zamiq müəllim işlədiyi Cəbrayıl rayon Təhsil Şöbəsində təlim-tərbiyənin yüksək səviyyədə təşkilinə , eləcədə təhsildə böyük uğurlar qazanması Zamiq müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Zamiq müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

 

Son xəbərlər

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB

İlham Əliyev Kalaşnikovu qəbul edib

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt

Bütün xəbərlər