{category-title}

Hansı yollarda sıxlıq var? - DYP-dən AÇIQLAMA

 


"Səhər saatlarından bu saata qədər yağmurlu hava şəraiti olduğundan bəzi ərazilərdə süni sıxlıq yaşanıb”.
 
Bunu açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, yol ayrıclarında, kəsişmələrdə yol polisi əməkdaşları təhlükəsizliyi təmin etmək və sürücülərin rahat hərəkətini təşkil etmək üçün yerlərdə nizamlayıcı qismində xidmətini davam etdirirlər:

"Səhər saatlarında Sumqayıt, Abşeronla Bakının mərkəzinə doğru 20 yanvar- Şamaxinka kimi tanınan ərazisində nisbətən sıxlıq yaşanır. Eyni zamanda Babək prospektinin 10-cu zavod dairəsi ilə kəsişən hissəsində təxminən 5-7 dəqiqə sıxlıq yaranıb. Ümumiyyətlə, bu gün paytaxtın mərkəzi küçələrində ümumi istifadədə olan yollara, prospektlərə daha yaxın olan tədris müəssissələrinin qarşısında birmənalı sıxlığın yaranması məhz sürücü valideynlərin bu ərazidə dayanma-durma tələblərini pozması ilə əlaqəlidir. Bir daha çatdırırıq ki, paytaxt ərazisində avtomobillərin dayanma-durma və ya park edilməsi məsələsi prioritet məsələdir. Sürücü valideynlərdən, ümumilikdə avtomobil istifadəçiləri və sürücülərindən xahiş edirik ki, heç bir bəhanə gətirmədən bu tələbləri düzgün yerinə yetirməyə çalışsınlar. Ən azı ərazidə boş yer olduğu halda, ikinci cərgədə, üçüncü cərgədə nəqliyyat vasitəsini saxlayıb dərsdən çıxan övladlarını götürmək bəhanəsi ilə yolu kəsməsinlər, əvvəldən getdiyi yollar üzrə istiqamət götürsünlər”.

Müsahibimiz qeyd edib ki,  paytaxt yollarında səhər saat 7:45-dən 8:15-dək, eyni zamanda axşam 18:00-dan 18:45-dək süni sıxlıq yaşanır:

"Bunun da səbəbi evdən işə, işdən evə gedişin  pik saatlarının olmasıdır.  Bu da yol ayrıclarında bəzi sürücülərin "tələsirəm” deyərək kiçik də olsa, tələbləri pozulması ilə nəticələnir.  Xüsusilə, yol boyu qoyulmuş yol nişanlarının,  tənzimləyici texniki vasitələrin, işıqforların və digər tələblərin yerinə yetirilməsi vacibdir. Yollarda xidmət aparan polis əməkdaşlarının göstərişlərinə uyğun hərəkət etməyə üstünlük verilməlidir ki, həm yol-nəqliyyat hadisəsi baş verməsin, həm də süni sıxlıq yaşanmasın”.

Son xəbərlər

Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb

Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Azərbaycanda Qurban bayramı qeyd edilir

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Bütün xəbərlər