{category-title}

 

Bakı-Ankara əlaqələri daha da inkişaf edəcək - ŞƏRH

 

Prezident İlham Əliyev Vətən müharibəsinin ildönümü münasibətilə xalqa müraciətində Türkiyəyə təşəkkür edib.

İlham Əliyev deyib:

“Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi. Biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi”.

Asiya - Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu Oxu.Az-a açıqlamasında Bakı-Ankara arasındakı strateji müttəfiqlik əlaqələrini şərh edib.

Ekspert bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Ankara Bakıya daim dəstək olmağa çalışıb.

Onun sözlərinə görə, münasibətlərin inkişafı hərbi əməkdaşlığın dərinləşməsinə və əlaqələrin strateji müttəfiqlik səviyyəsinə gəlib çıxmasına səbəb olub.

“Biz Türkiyə-Azərbaycan əlaqələrinin cari vəziyyətini çox asanlıqla, müttəfiqlik, qardaşlıq əlaqələri kimi xarakterizə edə bilərik”, - deyə S.Çolakoğlu əlavə edib.

Politoloqun fikrincə, Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qələbə qazanması həm də Türkiyə-Azərbaycan müttəfiqliyinin məhsuludur.

“Azərbaycan-Türkiyə əlaqələri daha irəli bir mövqeyə keçib”, - deyən ekspert bu əlaqələrin regionun perspektivi üçün əhəmiyyətini də vurğulayıb.

“Bu əlaqələr elə bir səviyyəyə gəlib ki, regional tarazlıq Ankara və Bakının maraqları kontekstində önə çıxarılır. İki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsi gözlənilir. Bu mənada Bakı-Ankara ittifaqı regional siyasətdə də bir sıra dəyişikliklərə gətirib çıxara bilər”, - deyə o, fikrini yekunlaşdırıb.

Son xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Bütün xəbərlər