{category-title}

 

 

“Nəyə görə öz daxili işimizə rəsmi olaraq burun soxmağa onlara imkan verməliyik?” - HƏQİQƏTƏN DƏ...

 


BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib. Bu, Azərbaycanla Ermənistan arasında 44 günlük Qarabağ müharibəsinin başa çatmasından sonra həmsədrlərin iştirakı ilə baş tutan ilk görüşdür.

Bu formatda görüşlər müharibədən hələ xeyli müddət əvvəl dayandırılmışdı və erməni tərəfinin hərəkətləri danışıqlar prosesini dalana dirəmişdi. Uzun fasilədən sonra həmsədrlər, nəhayət, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edə biliblər.

Bəs bu görüş ABŞ və Fransa rəsmilərinin israrlı çağırışlarında deyildiyi kimi, “münaqişənin yekun nizamlanması üçün danışıqların” bərpasıdırmı?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sualımıza belə cavab verdi: “Bu adi bir görüşdür. Sonuncu dəfə həmsədrlər gəlib prezidentlə görüşüblər. Vəziyyət artıq dəyişib. Status-kvo əvvəlki kimi deyil. Azərbaycan nəzərdə tutulan məsələləri ermənilərin təxribatlarına cavab olaraq həll edib. Münaqişə bitib. Azərbaycan tərəfi orada yaşayan ermənilərə ən yüksək status olan vətəndaşlığını nəzərdə tutur. Bununla da məsələ bitdi. Digər tərəfdən bizim bir təklifimiz olmuşdu ki, gedin baxın, bəlkə sizin hansısa təklifləriniz olacaq. Əgər belə bir şey olsa, məsələn, sizi dinləməyə, bu təklifə mövqe bildirməyə hazırıq. Hansısa istiqamətdə bəlkə də sizin fəaliyyətiniz maraqlı olardı. Bu da əsasən humanitar mövzularla bağlıdır. Onlar da yaxşı bilir ki, yüz minlərlə insan imkan gözləyir ki, evlərinə qayıtsın. Burada minalardan təmizlənmə, hansısa bərpa işləri və s. kimi məsələlər mövcuddur. Dünyada belə məsələlərlə bağlı təcrübə var. Bu və ya digər beynəlxalq qurumlar donor konfransı çağırırlar və burada müxtəlif ölkələr iştirak edirlər. Ən müxtəlif yardımlar edilir. Sonra da hansısa proqram üzərində bu baş verir. Belə bir şey olsa, təbii ki, Azərbaycanın özünün bərpa etməsinə imkanı var. Amma kömək olunsa, təbii ki, bu qəbulolunandır. Təxminən belə bir istiqamətlər var. Amma son bir ildə hansısa humanitar yöndə və digər köməklər görmədik. Bunun da səbəbləri bəllidir. Ermənilər qətiyyən bunu qəbul etmirlər.

Çünki hər bir humanitar yardımdan öncə dəyərləndirmə prosesi var. Dəymiş ziyan və başqa məsələlər dəyərləndirilir. Bunlarla bağlı da xüsusi məruzə hazırlanır. Ermənilər də yaxşı başa düşür ki, bu rəsmi sənəd olacaq. Burada da onların törətdikləri dağıntılar, vəhşiliklər öz əksini tapacaq. Biz görürük ki, Minsk Qrupu da bu məsələdə fəaliyyət göstərmir. Bizim mövqeyimiz ondan ibarətdir ki, sizdə hansısa təkliflər olsa, buyurun gəlin deyin, yəni sizinlə görüşməyə hazırıq. Əgər bizə maraqlı olsa, bəlkə baxarıq, sizdən istifadə edərik. Bu da, sadəcə olaraq, diplomatik dildə ”yox" cavabıdır. Açıq deyim ki, biz buna getməyəcəyik. Bu ona görə deyil ki, orada erməni qüvvələri var. Burada Şərqi Zəngəzur mövzularına Ermənistan cəlb olunur və söz sahibi olur ki, bu da bizə lazım deyil. Yəni sərhədin bu tayına erməniləri, Ermənistan dövlətini buraxan deyilik. Nəyə görə öz daxili işimizə rəsmi olaraq burun soxmağa onlara imkan verməliyik? Belə görüşlər ola bilər və bundan sonra da olacaq".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu danışıqların başlamasını faydalı hesab edir: “BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ermənistanın təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanla görüşü olub. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər. Bu, müharibədən keçən 9 ayda xarici işlər nazirlərinin ilk görüşüdür. Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında videoformatda çıxışı zamanı deyib ki, Azərbaycanla konstruktiv dialoqa hazırdır. Paşinyan bildirib ki, 10 noyabr bəyanatının 9-cu bəndinə istinad edərək regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edir. Paşinyan eyni zamanda bölgədə dinc inkişafın vacib şərtlərindən biri kimi iqtisadi əlaqələrin qurulmasını və Türkiyəni Ermənistanla birləşdirən dəmir yolunun açılmasını vacib hesab edib. Nikol Paşinyan yenə dialoqdan, əlaqələrin bərpasından, kommunikasiya xətlərinin açılmasından, sülh və sabitlikdən danışır. Azərbaycan da bunu istəyir. Paşinyanın sülh və əməkdaşlıqda nə qədər istəkli olduğunu danışıqlarda müəyyənləşdirmək olacaq. Bu baxımdan Bakı ilə İrəvan arasında müxtəlif səviyyələrdə birbaşa danışıqların başlaması faydalıdır. Biz heç nə itirmirik. Əgər İrəvan danışıqlardan vaxtı uzatmaq məqsədilə istifadə edəcəksə, danışıqlara fasilə veriləcək, bu isə Ermənistanın problemlərini artıracaq”.
“Yeni Müsavat”

Son xəbərlər

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

Bütün xəbərlər