Koronavirusdan ölən Aparat rəhbərinin vəzifəsini bu şəxs icra edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Amil Cavadova həvalə edilib.
Bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.
Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.