{category-title}

 

Sayı artan “sülhməramlılar”, susan nazirlik, dilə gələn məmurlar - NƏ BAŞ VERİR?

 


Son günlər Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı ölkəmizdə narahatlıq artmaqdadır. İlk gündən rusların əslində işğla siyasəti ilə gəldikləri məlum olsa da, bəzi siyasi səbəblərlə özümüzü, sözümüzü fərqli şəkildə ifadə etməli olur, addım-addım irəliləməkdə davam edirdik. Lakin son 1 ayda “sülhməramlılarla” bağlı Rusiyanın da ritorikası dəyişib, maskalar yavaş-yavaş düşür.
10 noyabr anlaşması ilə Qarabağın dağlıq hissələrinə və Laçın dəhlizinə yerləşdirilən sülhməramlıların sayının 1960 nəfər olması nəzərdə tutulsa da, bu rəqəmin artıq 7-8 minə çatması yönündə açıqlamaları rəsmi şəxslər də verməyə başlayıblar.

Məsələn, deputat Vahid Əhmədov mətbuata deyib: “Deyirdilər ki, sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı, Rusiyanın başqa nazirliklərinin 7-8 min əməkdaşı gəlib oraya yığışıb. Axı bu, razılaşmada əks olunmamışdı, siz nə etmək fikrindəsiniz?”.

YAP-çı deputat Ceyhun Məmmədov da mətbuatdakı açıqlamasında “Rusiya sülhməramlılarının sayı 1960 olmalı idi. Amma bu gün Kreml bunun sayını artırır”. Bənzər açıqlamayla ilk dəfə deputat Elman Məmmədov çıxış edib.

Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov isə sosial şəbəkə hesabından bəzi maraqlı açıqlamalar da verib. O qeyd edib ki, 44 günlük müharibə dövründə aramızda silah satışına dair müqavilə olsa da, Rusiya və İran müqaviləyə əməl etməyiblər.

“Rusiya sülhməramli qüvvələrinin müvvəqəti nəzarət etdikləri ərazilərimizdə törətdikləri özbaşınalıqlar, onlarin 10 noyabr bəyənnaməsində qeyd olunan şərtin dördüncü maddəsini yerinə yetirməməsi, xalqımız arasında haqlı narazılığa səbəb olub...

Rusiya Həştərxan limanından gəmilərlə İranin Ənzəli limanına silahlar daşıyırlar və oradan da İran maşınlari vasitəsilə həmin silah və sursatlar Xankəndiyə çatdırılır. Bu Rusiya və İran tərəfindən Azərbaycan Dövlətinə qarşı bir hörmətsizlik və təxribatdır...

Artiq Türkiyə və Pakistan Silahlı Qüvvələrinin ərazilərimizdə yerləşdirilməsi barədə dərindən fikirləşməyimizin zamanı catib”,- deyə polkovnik bildirib.

Qarabağda sülhməramlıların yerləşdirilməsi, hansı sayda olması ilə bağlı imzalanan konkret rəsmi sənəd var. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin sənəddə göstəriləndən artıq olması imzalanmış üçtərəfli müqavilənin şərtlərinin pozulması deməkdir.

“Abxaziya cəlladı” ləqəbini qazanmış, “qaynar nöqtə”lərdə öz qanlı dəsti-xətti ilə tanınan general-mayor Mixail Kosobokovun Rüstəm Muradovu əvəzləməsi Kremlin Qarabağda Rusiyanın müvəqqəti nəzarətində olan ərazilərdə möhkəmlənmək və daha sərt addımlar atmaq planlarından xəbər verir. İş o həddədir ki, həmişə susan deputatlarımız dilə gəlib, Rusiya açıq-açıq çirkin, təxribatçı bəyanatlar verir, Müdafiə Nazirliyimiz isə hələ də susur. Deyirlər, müharibənin öz qanunları var. Sivil dünyada elə etmək lazımdır ki, məğlub xalqın mənliyi qırılmasın. Bəs qalib xalqla necə davranırdılar?
Bizimyol.info

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər