{category-title}

XİN BƏYANAT YAYDI

 


Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib.

Bu barədə XİN-nin 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bəyanatında deyilir.
Qeyd edilir ki, Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolunun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfi olan Azərbaycan Respublikası uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə qətiyyətlə və davamlı olaraq dəstək verir.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib. Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün oğlanlar və qızlar Ermənistanın hərbi təcavüzündən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirə biliblər. Azərbaycan ərazisindəki təhsil müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq heç bir fərq qoyulmadan atəşə məruz qalıb və məktəblilər və təhsil personalı təhlükə altında tədris prosesində iştirak edib.

Ötən il baş vermiş 44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri qəsdən hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb.
Münaqişəni geridə qoyaraq, Azərbaycan diqqətini bütün uşaqlarımızın təhsil və potensiallarından təhlükəsiz şəkildə istifadə etmələrinə yönəldib. Hazırda biz azad olunmuş ərazilərimizdə məktəblərimizi yenidən tikirik.

9 sentyabr tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini və uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququna hörmət edilməsinin vacibliyini bir daha vurğulayırıq. Ermənistandan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətlərinə dair çoxsaylı faktları araşdırmaq və bu cinayətləri törədənləri məsuliyyətə cəlb etmək beynəlxalq öhdəliklərinə riayət etməyi tələb edirik.

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər