{category-title}

 

Azərbaycan-Türkiyə hərbi təlimləri kimləri qıcıqlandırır? - TƏHLİL

 

Xatırlayırsınızsa, 44 günlük müharibədən sonra məlum oldu ki, Ermənistan öz Hərbi Hava Qüvvələrindən düz-əməlli istifadə edə bilməyib. Erməni hərbi dairələri bunun səbəbini Rusiyanın onlara təyyarə satıb, mərmi satmaması ilə əsaslandırmışdılar. İndisə bəlli olur ki, sən demə, ermənilərin ordusunun daha mühüm problemi də var imiş. Söhbət futbol oyundakı “avtoqol”lara bənzər səhvlərdən gedir.

"Müharibə zamanı Ermənistanın Hava Hücumundan Müdafiə sistemləri özünün 4 təyyarəsini və 1 vertolyotunu məhv edib".

Ovqat.com xəbər verir ki, Ermənistanın Strateji Təhlil və Texnoloji Mərkəzi bu barədə məlumat yayıb.

Mərkəzin araşdırmasına görə, erməni HHM sistemlərinin “zərərsizləşdirdiyi” təyyarələrin 4-ü də “Su” markalı qırıcılar olub. Vurulan bir vertolyot isə “Mi-8” imiş.

“Azərbaycanın uğuru həm də erməni tərəfinin belə nizamsızlığı ilə əlaqədar idi”, - məqalədə bildirilir.

Azərbaycana qələbə qazandıran PUA-lara gəlincə, araşdırmanın müəllifləri bu fikrlə razılaşmırlar. Onların iddiasına görə, 44 günlük müharibədə Azərbaycanın qələbəsinin təmin edilməsində PUA-nın həlledici rolu ilə bağlı iddialar sadəcə bir mifdir.

Strateji və Texnoloji Təhlil Mərkəzinin fikrinə görə, sözügedən savaşın bu cür nəticələnməsində “PUA-ların quru sistemləri və zirehli maşınlarla müqayisədə bənzərsiz rolu” olduğuna dair qiymətləndirmələrə inanmamaq lazımdır. Sənəddə qeyd olunur ki, Ermənistan tərəfi gizlənmə və öz mövqelərini müəyyənləşdirmə ehtiyacını nəzərə almadığından, onun HHM sistemlərinin köhnəlməsi və qeyri-mütəşəkkil istifadəsi səbəbindən Azərbaycanın PUA-dan uğurla faydalanmasına şərait yaranıb.

Araşdırmaya görə, Azərbaycan taktiki hücum əməliyyatını uğurla həyata keçirə bilib: “Əməliyyatlarda artilleriya və digər zirehli maşınlarının, raket sistemlərinin və arxa cəbhədə istifadə olunan quru qüvvələrinin iştirakı təmin edilib. Naviqasiya sistemlərindən də həmçinin fəal istifadə olunub”.

Sözsüz ki, erməni tədqiqatlarının PUA barədə irəli sürdüyü fikirlər qərəzlidir. Dünyanın bütün hərbi dairələri 44 günlük savaşın qələbə ilə nəticələnməsində Azərbaycanın bu üstünlüyünü xüsusilə qeyd edirlər. Görünür, “pişiyin əli ətə çatmayanda “bəcidir” deyib dala çəkildiyi” kimi, erməni tədqiqatçıları də özlərində olmayan texnologiyanı xor görməklə öz insanlarını zəiflik kompleksindən qurtarmağa çalışırlar. Buna baxmayaraq, araşdırma və təhlil mərkəzinin ortaya çıxardığı bir sıra faktları obyektiv qiymətləndirmək olar. Xüsusilə 4 təyyarə və 1 vertolyotlarının öz HHM sistemləri tərəfindən vurulması diqqətəşayan məlumatdır. Bu fakt bir daha təsdiqləyir ki, Rusiyanın geridə qalmış texnologiyaları dost-düşmən ayrımı edə bilmir, bəzən öz qapısına belə, “avtoqollar” da atır.

Son xəbərlər

"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var

Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq"

Sabah 23 dərəcə isti olacaq

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib

İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"

Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib

"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

Bu gün Maştağa və Ramanada işıq kəsiləcək

"FT": Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər

Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

Bütün xəbərlər