{category-title}

 

Məktəb zamanı gəlir: NƏ BAŞ VERİR? - AKTUAL

 


Ölkəmizdə artıq 2,8 milyon insan hər iki mərhələdə peyvənd alıb. Bu, kifayət qədər böyük rəqəmdsir.
Lakin bir il öncəki “peyvənd vurduraq, azad həyata qovuşaq” şüarları özünü doğrultmadı, xəstəlik yeni güc topladı, yoluxanların sayı da durmadan artır. Yeni tədris ilinin başlanmasına çox az qalıb, lakin Təhsil Nazirliyimiz dərslərin distant, yoxsa ənənəvi formada olacağına qərar verməyib. Qərar son günə saxlanılır. Qonşu ölkələrdən İran, Gürcüstan. Ermənistan distant, Rusiya və Türkiyə ənənəvi qaydada təhsilə davam edəcək. Azərbaycan hələ qərar verməyib. Amma görünən odur ki, inanlar məktəb alış-verişi edəcək, iqtisadiyyata bir az can qatılacaq, 5-10 gün sonra da distant təhsilə keçid ediləcək.

İnsanları nəyəsə məcbur etmək asandır, inandırmaq çətin. Bu xəstəlik dünyanı başına alan gündən müxtəlif nəzəriyyələr ortaya atıldı və deyilənlər heç də boş sözə oxşamırdı. Təbliğat maşınlarının insanlara sırımaq istədiyi "həqiqətlər” bir- bir şar kimi partladıqca normal həyatımıza dönüş də yavaş-yavaş xəyala dönür. Bizi buna, qəliblərə alışdırırlar.

Təhsil və iş problem hazırkı böhranın ən ağrılı yeri oldu. 2020-ci il sentyabrın 15-də, 2021-ci il fevralın 1-də ənənəvi təhsil bərpa olunanda ölkədə ümimiyyətlə, peyvənd olunan yox idi. Ölkə əhalisinin təxminən əhəmiyyətli hissəsinin bu prosesdən keçmədi əsas verir ki, dərslər əyani formada keçirilsin.

Orta ümümtəhsil məktəblərində çalışan 150 min müəllimdən 80 faizi, ali təhsil müəssisələrində təhsil alan tələbələrin və işçilərin 70 faizi peyvənd alıb. Görünür, artıq ənənəvi sözü ilə distant sözünün yerinin dəyişmə vaxtı çatıb. İndən belə ənənəvi təhsil deyəndə evdən oturub dərsə qoşulmaq başa düşüləcək.

Pessimist prqonozlar vermək istəməzdim, lakin gördüyüm budur ki, sadə vətəndaşlar hər nə qədər yeni qoyulan qadağalara uyub ahəng tapsalar da, əlahəzrət ÜST mütləq təzə bir bəd xəbərlə qarşımıza çıxıb ümidlərimizi alt-üst etməyi bacarır. Sanki gizli bir əl oynayır, alovun sönməməsi üçün çalışır. Orta məktəblərin son sinif şagirdləri və valideynləri repetitor hazırlıqlarına zaman qalır deyə distant təhsildən məmnundurlar. Elə hibrid təhsil deyərkən, son sinif şagirdlərini əyani təhsilə cəlb etmədən aşağı siniflər üzrə müəyyən qaydalarla dərslərin davam etməsi ağlabatan olardı. Dərslər başlayan kimi xəstəliyin artması barədə vurhavurun başlayacağını proqnozlaşdırmaq üçün dahi olmaq lazım deyil, 2 illik təcrübəni yada salmaq kifayətdir.

Bu vurhavurda qazanan qazanana qarışıb. Cərimə yazan, dərman satan, müalicə edən, xəstəxana açan, icazə satan. İtirən də itirənə qarışıb. Bu qədər cəzaya, qayda-qanuna riayət etmək üçün gərək hər adamın başı üstünə bir polis dikəsən. Əslində qazananlar da bizdəndir, itirənlər də. A yordu, yordu, yordu, görək, kim kimi yordu...

İlhamə Rəsulova
 //bizimyol.info//

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Küləkli havaya görə dənizdə dalğa artacaq

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bütün xəbərlər