{category-title}

"Laçın dəhlizi ermənilərin konfortu üçün nəzərdə tutulmayıb" - ETİRAZ

 


Ermənistanın siyasi dairələrində və sosial şəbəkə seqmentində Laçın dəhlizinin bağlanacağı ilə bağlı ciddi narahatlıq müşahidə olunur. Təşvişə düşən erməni siyasətçilər və ictimai fəallar hərəkətə keçiblər. Aqibətləri barədə qeyri-müəyyənliyə qapılanlar təkcə Qarabağ erməniləri deyil. Ermənistan ictimaiyyəti də Qarabağa gedən yeganə yolun – Laçın dəhlizinin qapadılması ehtimalını ölkə üçün fəlakət adlandırıblar. Siyasi fəal Nairi Hoxikyan erməniləri təlaşa düşməməyə çağırıb. Amma özü də etiraf edib ki, vahimə böyük sürətlə yayılır. Ermənistan mediası rəsmilərdən birmənalı bəyanat verilməsini tələb etsələr də, hökumət dəhlizlə bağlı heç bir məlumat vermir.

Azərbaycanın bir sıra siyasi ekspertləri isə rəsmi Bakının Laçın dəhlizinə, Ermənistan sərhədindən Xankəndinədək bütün ərazilərə nəzarət etdiyini deyirlər. Uzun zamandır vurğulanır ki, Azərbaycan Qarabağda nəzarəti tam ələ keçirmək istəyirsə, öncə Laçın dəhlizinə nəzarət etməlidir. Bu, bizim üçün bir seçim yox, zərurətdir. Çünki ermənilər sözün əsl mənasında Laçın dəhlizini karvansaraya döndəriblər. Dəhlizdən silah-sursat, texnika, müxtəlif növ mallar Qarabağa rahat şəkildə daxil olur. Hesab edilir ki, rəsmi Bakı bunun qarşısını tez bir zamanda almalıdır. Əslində Laçın dəhlizinin bağlanması haqda xəbərlərin yayılması məntiqi gedişatdır. Ermənilər başa düşməlidir ki, onlar Azərbaycan qanunlarına tabe olmasa, separatçılar silahları təhvil verməsə, rəsmi Bakı lazımi tədbirlər görəcək. Bu tədbirlərdən biri də məhz Laçın dəhlizinin bağlanmasıdır. Azərbaycan ictimaiyyətində haqlı bir tələb var ki, Ermənistan Zəngəzur dəhlizini açmırsa, biz də Laçın dəhlizini bağlamalıyıq.

Yayılan söhbətlərlə bağlı “Şərq”ə danışan keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, ermənilərin narahatlığı, təşvişi bizim üçün əsas ola bilməz. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycan dövləti öz siyasətini, qonşu ölkələrin, xüsusən düşmən dövlətin arzuları, qayğıları üzərindən həyata keçirmir:

“Əgər təşviş içindədirlərsə, cənab Prezidentin məsləhət gördüyü kimi “gedib su içsinlər”. Ölkə daxilində istədiyimiz məsələni necə, nə vaxt həll edəcəyimizi ancaq özümüz müəyyənləşdiririk. Dövlətimiz Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarından məsul olduğuna görə, onlarla bağlı ciddi tədbirlər görülməkdədir. Qış aylarında Rusiya tərəfi humanitar yardımlar adı altında Qarabağa yük daşıyanda ölkə Prezidenti bəyan etdi ki, bu məsələlərə müvəqqəti olaraq göz yumulub. Səbəb o idi ki, erməni əsilli vətəndaşlarımız qış aylarında bır sıra problemlərlə üzləşmişdilər. Onlara müvəqqəti yardım edilməsi və vəziyyətlərinin düzəlməsi üçün bilərəkdən göz yumduq. Amma Qarabağda mülki idarəetmənin forması və hansı infrastrukturun müəyyənləşməsi birbaşa rəsmi Bakıdan asılıdır. Rusiya XİN rəhbəri Sergey Lavrov yol çəkilişindən danışır, hətta başqa dövlətləri bölgəyə dəvət edir. Belə özbaşınalığa və siyasi riyakarlığa Azərbaycan heç vaxt dözə bilməz. Mütləq cavabı verilməlidir. Laçın dəhlizi Ermənistanın konfortu üçün nəzərdə tutulmayıb ki?! Qarabağdakı ermənilərə Ermənistandakı qohumları ilə əlaqə saxlamaq üçün keçid vermişik. Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü vaxtında tanısaydı, daha yumşaq münasibətlər və güzəştlər meydana gələrdi. Amma ermənilər bu fürsətdən fərqli niyyətlərlə istifadə etdi. Rusiya tərəfi erməniləri sürü şəklində Qarabağa daşımağa başladı. Bölgəyə silahlı adamlar gətirildi. Rusiya sülhməramlılarının gözü qarşısında Azərbaycan ərazisinə terrorçular toplaşdı. Ermənistanın Müdafiə naziri iddia edir ki, 5 il müddətində “möhtəşəm ordu” qurulacaq, Qarabağ daxilində postlar yaradılacaq. Bütün bunlar isə Laçın dəhlizi üzərindən baş verir”.

F.Quliyev vurğulayıb ki, Azərbaycan kosmos dövlətidir, peyklərimiz vasitəsilə Ermənistanın və Rusiyanın bütün addımları dəqiq izlənilir:

“Dəfələrlə vurğulamışıq ki, əgər ermənilər Zəngəzur dəhlizinin açılmasını yubadarsa, biz də Laçın dəhlizini bağlaya bilərik. Çünki anlaşmada bəyan edilib ki, Laçın dəhlizi açıq saxlanılır, onun müqabilində Zəngəzur dəhlizinin açılması prosesinə start verilir. Kommunikasiyanın bərpasının əsas şərtlərindən biri bu idi. Lakin ermənilər buna əməl etmirlər. Laçın dəhlizi vasitəsilə Azərbaycanı təhdid edən təhlükələr varsa, kimlərsə qudurğanlıq edərək Azərbaycan ərazisinə başqa ölkələrin tikinti şirkətlərini dəvət edirsə, bu məsələyə yenidən baxmalıyıq. Hətta sülhməramlıların torpaqlarımızdan çıxmasını tələb kimi ortaya qoya bilərik. Laçın dəhlizində postumuzu, gömrüyümüzü, sərhəd xidmətlərimizi təmin edərik. Ermənistan və Rusiya masada bu məsələləri nə qədər yubatmağa çalışsalar da, Azərbaycan tərəfi öz işini görür. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işləri ardıcıllıqla həyata keçiririk, postlarımızı qururuq. Dövlət başçısının dediyi kimi, harada dayanacağımızı özümüz müəyyən edirik, bundan sonra da harada lazımdırsa, orada duracağıq. Qarabağ iqtisadi zonası müəyyənləşib. Xocalı, Xocavənd və ətraf rayonlarda birgə yaşayış mümkündür. Münaqişə bütün mənalarda bitmiş sayılır. İnzibati ərazilərimiz daxilində məqsədəuyğun saydığımız bütün işləri görə bilərik”.

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər