{category-title}

 

“Brussels Morning” qəzetində Qarabağla bağlı məqaləv

 


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlının “Brussels Morning” qəzetində “Ətraf mühit Qarabağ müharibəsinin unudulmuş qurbanıdır” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Ermənistanın işğal edilmiş ərazilərin ekologiyasını və təbii resurslarını istismar etməsi və Oxçuçayın çirkləndirilməsini davam etdirməsindən bəhs olunub. Vurğulanıb ki, dünyanın müxtəlif bölgələrində yaşayan insanlar artıq qlobal istiləşmənin mənfi təsirlərini – şirin su ehtiyatlarının azalmasını, kəskin dəyişkən hava şəraitlərini və meşələrin yanmasının nəticələrini öz həyatlarında hiss etməkdədirlər. Beynəlxalq təşkilatlar, hökumətlər, şirkətlər və icmalar birlikdə hərəkət etməyə çalışır, alimlər və ekspertlər bu dəyişikliyin ağır nəticələrindən qaçmağın yolları haqqında müzakirələr aparır, siyasətçilər və məşhur insanlar diqqəti bu mövzunun üzərinə gətirmək üçün səylər göstərirlər:

“Ancaq iqlim dəyişikliyi ilə bağlı mənfi trendlər ildən-ilə daha da pisləşir. Ona görə də hər bir ağacın və təbii su mənbələrinin qorunması dünyanın istənilən bölgəsində yaşayan insanların diqqət mərkəzində olmalı, bu sahədəki cinayətlər bütün insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir”.

Məqalədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin hesabatında da göstərildiyi kimi, silahlı münaqişələrin 1946-2010-cu illərdə ən böyük və diqqətdən kənarda qalan qurbanının ətraf mühitin olması faktı diqqətə çatdırılır. Beynəlxalq humanitar hüququn ətraf mühitdən silah kimi istifadəni və təbiətə qarşı məqsədli hücumları qadağan etdiyi vurğulanır. Məqalədə göstərilir ki, Cənubi Qafqazdakı münaqişənin də ən böyük və diqqətdən kənar qalmış qurbanını ətraf mühitdir. Müharibənin aktiv fazası zamanı və işğal illərində ətraf mühitə ciddi ziyan vurulub və təbiət amansızcasına istismar edilib. İşğal edilmiş ərazilər 27 il ərzində Şərqi Avropanın boz və ya nəzarətsiz zonalarından biri olub: "Azərbaycanın bu ərazilərə nəzarəti itirməsi və müvafiq beynəlxalq nəzarət mexanizmlərinin olmaması ətraf mühitə qarşı cinayətlərin həyata keçirilməsinə imkan verib.

Keçmiş işğal edilmiş ərazilərdə həyata keçirilmiş bu cinayətlər qarşıdan gələn illərdə milyonlarla insanın həyatında özünün mənfi təsirlərini göstərməyə davam edəcək. Ötən 27 il ərzində Azərbaycan beynəlxalq ictimaiyyəti dəfələrlə keçmiş işğal edilmiş ərazilərdə qanunsuz şəkildə nüvə və radioaktiv tullantılarının basdırılması haqqında məlumatları tədqiq etməyə çağırıb. Bundan əlavə, işğal illərində hər ilin yay aylarında keçmiş həmin ərazilərdə kütləvi yanğınların törədilməsi faktları ATƏT və BMT kimi beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib və müvafiq sənədlər qəbul edilib”.

Məqalədə göstərilir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə dağıntıları bərpa etməyə, kütləvi minalar basdırılmış əraziləri təmizləməyə başladığı və dəyən zərəri hesabladığı dövrdə Ermənistan hələ də ətraf mühiti zəhərlənməkdə və ziyan vurmaqda davam edir. Təəssüflə qeyd edilib ki, bu cinayətdə Almaniyanın “CRONIMET” şirkəti Ermənistan hökuməti ilə birlikdə Oxçuçayın çirkləndirilməsini davam etdirməklə yanaşı, hər iki tərəf istər hüquqi, istərsə də mənəvi məsuliyyətdən yayınmağa çalışır. Oxucuların diqqətinə çatdırılıb ki, Almaniyanın daxili qanunvericiliyinə əsasən, bu ölkədə qeydiyyatdan keçmiş şirkətlər xaricdə törətdiyi cinayət əməllərinə görə alman qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar.

Sonda bildirilib ki, Azərbaycan xalqı beynəlxalq ictimaiyyətdən Qarabağda xristian abidələri haqqındakı erməni tərəfinin əsassız iddialarına qarşı göstərdiyi həssas münasibəti bölgənin ətraf mühiti məsələsi ilə bağlı da sərgiləməsini gözləyir.

Son xəbərlər

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bütün xəbərlər