{category-title}

Gündəm / Dünya
24.08.2021, 14:17
"4 500 vətəndaşımız Əfqanıstandadır" - Çavuşoğlu
"Türkiyə Əfqanıstandan 1 404 nəfəri təxliyə edib".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uruqvaylı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, evakuasiya olunanlardan 1 061 nəfəri Türkiyə vətəndaşıdır.
“Hazırda 200 vətəndaşımız Əfqanıstandan qayıtmaq istəyindədir. 4 500 vətəndaşımız Əfqanıstandadır. Önəmli hissəsi qayıtmaq istəmədiyini bildirib”, - o qeyd edib.