{category-title}

 

Peşə təhsil müəssisələrinə tələbə qəbuluna start verildi

 

10 avqust tarixindən etibarən peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilib.

PressXeber.info bildirir ki, ötən ildə olduğu kimi peşə təhsil müəssisələrinə tələbə qəbulu elektron qaydada ödənişsiz formada aparılır. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində "portal.edu.az”  platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın "şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, sms vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.
2021/2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas olmaqla 21260 yer üzrə aparılacaq. Ötən il ilə müqayisədə qəbul planı 9,6 faiz artırılıb. Yeni tədris ilində peşə təhsilinin əhatəsinin genişləndirilməsi ilə yanaşı yeni ixtisasların da tədrisinə başlanılması nəzərdə tutulur.
Texniki peşə təhsil səviyyəsi üzrə 4 yeni ixtisasın, yüksək texniki peşə təhsil səviyyəsi üzrə isə 15 yeni ixtisasın tədrisi aparılacaq. Təklif edilən yeni ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla formalaşdırılıb.

2021/2022-ci tədris ilində ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılacaq.  15 ixtisası üzrə aparılacaq qəbul prosesində dövlət hesablı 840 yer ayrılıb.

Qeyd edək ki, yüksək texniki peşə təhsili səviyyəsi - peşə təhsil pilləsinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını nəzərdə tutur.

Son xəbərlər

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Bütün xəbərlər