{category-title}

 

Qaz gəlirləri neft gəlirlərinin azalmasını kompensasiya edirmi? - AKTUAL

 


Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Gebreyesus koronavirus infeksiyasının yayılması səbəbindən bəşəriyyətin real təhlükədə olduğunu bildirib. “İndiyə qədər peyvəndlərin inkişafı sayəsində böyük irəliləyiş əldə etdik. Ancaq indi dünya real təhlükə altındadır. Əvvəlki uğurlarımızın bir çoxu yeni növ viruslarla məhv edilir”, – deyə Gebreyesus çıxışında vurğulayıb.

Bu çıxış birjalara təsir göstərib, o cümlədən neftin qiymətinin 5 dollara yaxın azalmasına səbəb olub. Düzdür, Çində iqtisadi yavaşlama, ABŞ-da ehtiyatların və buruqların artmasının da bazara təsiri var. Nəticədə “Brent” markalı neft həftəni 70,50 dollardan tamamlayıb. Bir həftə əvvəl isə dinamika 75 dollardan yuxarını göstərirdi.

Azərbaycanda neft hasilatının azaldığı dövrdə neftin hətta 1 dollar ucuzlaşması belə ölkənin gəlirlərinə neqativ təsir göstərir. Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, 2021-ci ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə 84.7 milyon barel və ya 11.4 milyon ton neft hasil edilib. Bu hasilat 266 milyon dollar əməliyyat və 846 milyon dollar kapital xərci hesabına başa gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə AÇG-də hasilat 900 min ton azalıb.

Neft Araşdırmaları Mərkəzin rəhbəri İlham Şaban “Press Klub”a bildirdi ki, neftin qiymətinin yüksək olması hasilatın azalmasını kompensasiya edir:

“Qazancımız hələlik 2020-ci ildən yüksək olsa da, 2019-cu ilin mənfəətindən 40%-dən çox aşağıdır. Ötən il AÇG-dən 3,5 milyard dollardan bir qədər çox mənfəət əldə etmişdik, bu il hasilatın xeyli azalmasına baxmayaraq, mənfəət 4 milyard dollardan çox olmalıdır”.

Ekspert neft gəlirlərinin azalmasından narahat olmağı doğru saymır və qaz gəlirlərinin artdığını vurğulayır: “Ötən il 26,05 milyard kubmetr əmtəəlik qaz hasilatı olmuşdu, əgər ilin birinci yarısındakı tempi saxlaya bilsək, bu il 30 milyard kubmetrədək satılıq qazımız olacaq“.

Amma Dövlət Neft Fonduna qaz və kondensat satışından daxil olan vəsaitlərin həcmi nikbinliyə çox da əsas vermir. Belə ki, “Şahdəniz” yatağı üzrə bu ilin birinci yarısında kondensat satışından cəmi 62.176 milyon dollar daxil olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə gəlir təxminən yarıbayarı azalıb. Qeyd edək ki, ötən ilin ilk 6 ayında Neft Fonduna daxil olan vəsaitin həcmi 120 milyon dollar təşkil edib.

“Şahdəniz” yatağından daxil olan gəlirlər də qaz satışının həcmi ilə müqayisədə cüzidir. Belə ki, bu ilin birinci yarısında bu yataqdan hasil olunan əmtəəlik qazdan Fonda 57.131 milyon dollar vəsait daxil olub. Bu rəqəm də 2020-ci ilin müvafiq dövrü ilə müqayisdə 9 milyon dollar azdır. Qeyd edək ki, ötən ilin müvafiq dövründə gəlir 66 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 2 ayında Azərbaycanın ixrac etdiyi təbii qazın 99.6 faizi sadəcə, iki ölkəyə – Türkiyə (62 faiz) və Gürcüstana (37 faiz) satılıb. Türkiyəyə satılan 2 milyard 62 milyon kubmetr təbii qaz üçün toplam 180 milyon dollar, yəni təbii qazın hər min kubmetrinə 87 dollar ödənilib.

Gürcüstana isə 1 milyard 244 milyon kubmetr təbii qaz satılıb və buna görə Azərbaycana 175.5 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, Gürcüstana satılan təbii qazın hər min kubmetrinin dəyəri 141 dollar olub.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, təbii qaz ixracı eyni dövrdə gerçəkləşdirilsə də, Gürcüstana satılan qazın dəyəri Türkiyə ilə müqayisədə 62 faiz baha olub. Onu da qeyd etmək lazımdır ki, hər iki ölkə – həm Türkiyə, həm də Gürcüstan Azərbaycan qazını eyni boru kəmərləri ilə (Cənubi Qafqaz Boru Kəməri və TANAP-la) idxal edir.

Maraqlıdır, Azərbaycan təkcə iki ay ərzində qaz satışından 355 milyon dollar vəsait əldə edib. Amma ilin 6 ayının göstəricilərinə görə Dövlət Neft Fonduna toplam 127 milyon dollar daxil olub. Bəs, gəlirin yerdə qalan hissəsi harada saxlanılır, necə istifadə olunur?

İlham Şaban bildirir ki, Neft Fondunun “Şahdəniz” layihəsi üzrə açıqladığı gəlirlər bu quruma verilən məbləğdir, amma Azərbaycanın əldə etdiyi mənfəətin tam həcmi deyil:

“Buna görə günah Neft Fondunda deyil. Hökumət nədənsə, belə məsləhət bilib. Azərbaycanın qaz gəlirləri qat-qat çoxdur, sadəcə, hökumət daxili bazar üçün aldığı qazın dəyərini o puldan tam ödəyir, SOCAR-ın payının maliyyələşməsi də ordan verilir”.

Ekspertin sözlərinə görə, “Şahdəniz” layihəsi üzrə dövlət büdcəsinə və DSMF-ə ödənilən vergilər də ictimaiyyətdən gizli saxlanılır. İ. Şaban deyir ki, ölkə il ərzində qaz satışından 600-700 milyon dollar gəlir əldə edir.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər