{category-title}

Sabirabadda qadını döyərək zorlayanlar həbs edildi - Video

 



Sabirabad rayonunda 12 yaşlı uşaq anasını evdə tək olarkən döyərək zorlayan iki nəfər həbs edilib.

Prokurorluqdan verilən məlumata görə, 12 iyun 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü N.M-ovanın yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı  Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.
***
Qeyd edək ki, dünən "Qafqazinfo"da bu hadisə ilə bağlı ilkin məlumat yayılmışdı.

Rayon sakini N.M-ova polisə müraciət edərək bildirib ki, iyunun 12-də evdə olarkən iki kənd sakini qapını sındıraraq evə zorla girib:
“Kənd sakinləri F. Əmrahov və Ə. Əmrahov evə girib məni döyməyə başladılar. Yalvarışlarıma məhəl qoymayaraq paltarımı cırıb məni zorladılar. F. Əmrahov mənimlə zorla cinsi əlaqədə olduğu vaxt da döyərək fiziki işgəncə verirdi. Daha sonra Ə. Əmrahovu çağırıb dedi ki, “sən də bunu zorla”. O da məni döyərək zorla cinsi əlaqədə oldu. Sonra çıxıb getdilər”.

N. Ağayeva qeyd edib ki, üç gün sonra özünə gələrək polisə müraciət edib: “Məni ekspertizaya göndərdilər, ekspert döyüldüyümü və zorlandığımı təsdiqlədi”.

***

Qadın İctimai TV-yə açıqlamasında qeyd edib ki, hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra evinə basqın edənlərin valideynləri ona təzyiq göstərməyə çalışıblar:

“Evimə gələrək, şikayət etməməyim üçün təzyiq göstərirlər. Anaları gəlmişdi yanıma. Mənə pul təklif etdilər. Dedilər, sənə pul, torpaq, ev verəcəyik. Hamısını qapıdan qovdum. Mənə hədə-qorxu gəlirlər. Qorxu içində yaşayıram ki, bir də evimə basqın edər, mənə təcavüz edərlər”.

Son xəbərlər

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Bütün xəbərlər