{category-title}

Qəhvə, çay və başqa qidalar koronavirusa necə təsir edir? - ARAŞDIRMA

 



Yeni bir araşdırma gündəlik qəhvə istehlakının koronavirus xəstəliyi riskini yüzdə on azaldığını göstərib, çünki içki immunitet sisteminə "turbotəkan" verir.
Aparılan böyük araşdırmaya əsasən, gündə bir neçə fincan qəhvə COVID-19 riskini təxminən onda bir faiz azaldır.

İllinoys Northwestern Universitetindən yeni bir araşdırmada mütəxəssislər ağır COVID-19 infeksiyasından qoruya biləcək müxtəlif qidaları araşdırıblar. Tədqiqatçılar gündə ən az iki-üç fincan qəhvə içməyin COVID-19 riskini təxminən onda bir azaldığını müəyyən edib.

40 min ingilis yetkininə dair məlumatları analiz edən amerikalı alimlər qəhvə içməyin virusdan qoruduğuna inanırlar. Onlar hesab edir ki, bu içkinin tərkibində immunitet sistemini aktivləşdirə biləcək sağlam bitki kimyəvi maddələrə sahibdir.

Earth.Com-a görə, araşdırma qəhvə istehlakının koronavirusa məruz qaldığı bilinən bəzi insanlar arasında belə COVID-19-a qarşı qorunma təmin etdiyinə dair dəlillər təqdim edib.

Komanda gündəlik qəhvə, çay, yağlı balıq, ət məhsulları, qırmızı ət, meyvə və tərəvəz qəbulunu da əhatə edən pəhriz amillərini analiz edib.
Tədqiqat əlavə edib ki, gündəlik tərəvəz xidmətinin də oxşar təsiri var.

Ancaq çay və meyvələrin koronavirusdən qorunmağa kömək etmədiyi, eyni zamanda kolbasa və bekon kimi ət məmulatlarının ağır xəstələnmə şansını artırdığı görünür.

Tədqiqatın nəticələri "Nutrients” jurnalında dərc edilib.

"Qidalanma vəziyyəti toxunulmazlığa təsir edir, lakin onun COVID-19 həssaslığı ilə spesifik əlaqəsi aydın deyil. Xüsusi qidalanma məlumatları və yoluxmaların İngiltərədəki Biobank (UKB) COVID-19 ilə əlaqəsini araşdırdıq”, - araşdırmanın müəllifləri yazıblar.

"COVID-19-a fərdi məruz qalma müəyyən coğrafi populyasiyalar üçün İngiltərədəki aylıq ortalama müsbət hal sayından istifadə edilərək qiymətləndirildi, - deyə tədqiqatçılar izah edib. - Logistik reqressiya, əsas sosial-demoqrafik amillər, xəstəlik tarixi və digər həyat tərzi amillərinə görə düzəldilmiş, pəhriz vəziyyətinə əsaslanan müsbət COVID-19 nəticəsinin şansını qiymətləndirib".

"Bu nəticələr müstəqil təsdiqləməyə ehtiyac duysa da, müəyyən pəhriz qaydalarına riayət etmək virusun yayılmasını məhdudlaşdırmaq üçün mövcud COVID-19 qoruma qaydalarına əlavə bir vasitə ola bilər", - araşdırmaçılar qeyd edib. // "Qaynarinfo"

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər