{category-title}

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başladı

 



Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstəsi, döyüş təminatı və təminedici gəmilər dəstəsi və dəniz piyadalarının iştirakı ilə taktiki təlimlər başlayıb.

Təlimlərin keçirilməsində məqsəd Azərbaycan Respublikasının hərbi-siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələrinin birləşmələri tətəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz kəmərlərinin monitorinqlərinin keçirilməsi və müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar üzrə birgə fəaliyyətlərinin işlənilməsidir.

Təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması nəzərdə tutulur.

Təlimlər zamanı həmçinin Xəzər dənizinin Azərbaycana məxsus sektoruna daxil olmuş şərti düşmənin məhv edilməsi, əlverişli əməliyyat rejiminin bərpa edilməsi və universal müdafiənin təşkili üzrə tapşırıqlar da icra ediləcək.

Təlimlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ zamanı plana əsasən, təlimlərə cəlb edilmiş qüvvə və vasitələr aşağıdakı tapşırıqları icra edəcəklər:

- Siqnalla gəmi və katerlərin döyüşə və səfərə hazırlanması.

- Gəmi Komanda Məntəqəsinin gözətçi gəmisində açılması və tapşırığın dəqiqləşdirilməsi.

- Birləşmələrin, hissələrin, bölmələrin açılması və birgə üzmə fəaliyyətlərinin yerinə yetirilməsi.

- Gəmi və katerlər tərəfindən düşmənin suüstü hücum vasitələrinin və üzən minanın məhv edilməsi.

- Gəmi və katerlərin təyin olunmuş lövbərə durması və universal müdafiənin təşkili.

- Qumbaraatma çalışmasının yerinə yetirilməsi.

- Hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması.

- Gəmi qrupu tərəfindən düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombalarının tətbiqi.

- Gəmi və katerlərin təyin olunmuş rayonda lövbərə durması və universal müdafiənin təşkili.

Təlimlərin ikinci mərhələsində Xəzər dənizini Azərbaycan Respublikasına məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiə üzrə tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.

Təlimin ssenarisinə uyğun olaraq bu tapşırıqların yerinə yetirilməsi cəlb edilərək qüvvələr və texnika aşağıda göstərilən tapşırıqları yerinə yetiriləcək:

- Adada aşkar olunmuş terrorçuların müvəqqəti bazalarının zərərləşdirilməsi.

- Böyük Zirə adasında təchiz olunmamış sahilə desantın çıxarılması.

- Gəmi əməliyyatının keçirilməsi, qəzaya uğramış gəmiyə köməyin göstərilməsi.

- Tapşırıqlar icra edildikdən sonra gəmi və katerlərin baza məntəqələrinə qayıtması.

Bütün tapşırıqlar yerinə yetiriləndən sonra Hərbi Dəniz Qüvvələri Komandanı tərəfindən təlimlərə yekun vurulacaq, görülən fəaliyyətlər təhlil ediləcək, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqların icra səviyyəsi qiymətləndiriləcək.

Təlimlər iyunun 23-də başa çatacaq.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər